SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yalançı adamı necə tanımaq olar?

whatsappda paylaş Whatsapp-la göndər
Yalançı adamı necə tanımaq olar?
*Yalan danışan adam göz-gözə gəlməkdən qaçır və göz-gözə gəlməmək üçün əlindən gələni edir. *Əl qol hərəkətlərindən çox az istifadə edir. *Hərəkətləri ilə sözləri uyğun gəlmir. *Baş hərəkətləri mexanikidir. *Əlləri çox vaxt bağlı olur.Əllərin aşağı vəziyyətdə olması da yalançılara xas keyfiyyətdir. *Əllərini tez-tez üzünə və boynuna aparır. *Suala cavab verərkən rahat olduğunu göstərməyə çalışır. *Yerli-yersiz çiyinlərini çəkir. *Təəccüb,qorxu və sevinc kimi hisslər ağız nahiyəsi ilə məhdud qalır. *Yalan danışan adam ayaq üstə durarkən və ya oturarkən çiyinlərini dik tutmur. *Danışdığı adamla ya çox az fiziki təmas qurur,ya da heç qurmur. *Onu ittiham edən adamla arasında məsafə qoyur. *Yalan danışan adamın tez-tez dilinin dolaşması da təbiidir. *Qarşısındakı adam ona inanana qədər danışmağa davam edir. *Suallara heç vaxt burbaşa cavab vermir. *”Mən” “Biz” və “Bizim” kimi şəxs əvəzliklərindən ya çox az,ya da heç istifadə etmir. *İstifadə etdiyi sözlər çox vaxt aydın olmur. *Bütün suallara cavab versə də özü sual vermir. *”Həqiqi söyləmək lazımsa” və “Niyə yalan deyim ki?” kimi cümlələrdən istifadə edir. *Sualı əvvəlcədən düşünür və təbii ki cavabı da əvvəlcədən hazırdır. *Sualı təkrar etməyi tələb edir ya da suala sualla cavab verir. *Danışmağa “Səhv başa düşməyin,ancaq..” kimi bir cümlə ilə başlayır. *İttihamlara qarşı laqeyddir. *Diqqətinizi dağıtmaq üçün zarafat edir. *Geniş izahat tələb edən məsələləri adi bir şey kimi çatdırır. *Yalanı o qədər inanılmazdır ki,ona bəlkə də sırf buna görə inanırsınız.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 2260
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN