SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

“Yox”-un da öz cazibəsi var.

whatsappda paylaş Whatsapp-la göndər
 “Yox”-un da öz cazibəsi var.
Uşağınıza “yox” sözünü qəbul etdirə bilmirsiniz?Siz “yox”dedikcə o istədiyinə nail olmaq üçün təkid edir?Hər şeydən əvvəl onu qeyd edək ki bir qayda olaraq uşaqların “yox” sözünə cavabları elə “yox” olur.Yəni uşaqların təbiətində maraq hissi çox güclüdür.Uşaqların ətrafda baş verən hadisələri və obyektləri öyrənmək istəmələri də elə bu hisslə bağlıdır.Təbii ki,valideynlərin uşaqların bu istəklərinə mane olmaq cəhdləri onları çox narahat edir. Xüsusilə də onların məntiqinə uyğun bir izah vermədən bir şey i qadağan etmək uşaqda daha çox inadkarlığa səbəb olur.Çünki uşaq ya sizin niyə yox dediyinizi başa düşmür ya da yox deyilən şeyin arxasınakı məqsədin nə olduğunu öyrənməyə çalışır.Belə halda təbii olaraq uşaqda istədiyini əldə etmək hissi artır.Halbuki,xüsusilə də məktəbəqədər dövrdə,uşağı bəzi vərdişlərdən yayındırmaq istəyirsinizsə,bunun üçün müxtəlif “strategiyalar”qura bilərsiniz. Bunun üçün hər şeydən əvvəl uşağa yeri gəldi gəlmədi mane olmağa çalışmamalısınız.Başqa sözlə hər şeyə yox deməməlisiniz.Digər tərəfdən qarşısını almaq istədiyiniz bir hərəkətə alternativ bir hərəkət təklif etməlisiniz.Təbii ki burada səs tonu və mimikanın da çox rolu var.Digər tərəfdən bütün hallarda uşağa qarşı səmimi olmalısınız və uşağınızın bunu hiss etməsinə çalışmalısınız.Ancaq belə olduqda uşağınız sizinlə ziddiyyətə getməkdən əl çəkəcək və dediyinizə əməl etməyə çalışacaq.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 1314
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN