loading...

Biskvitli ballı tort resepti

whatsappda paylaş Whatsapp-la göndər
Biskvitli ballı tort resepti
Tərkibi: 5 Yumurta 1 stəkan şəkər tozu 1 vanil 2 yarım qaşıq bal 1 çay qaşığı soda 1 yemək qaşığı sirkə 1.5 stəkan ( 250-280 qr.) un Banan Peçnye ovuntusu Hazırlanması: 5 Yumurta ilə + 1 stəkan şəkər tozu + 1 vanil - mikserlə tam açılıb qatılaşanadək çalın.+2 yarım qaşıq bal - yənə çalın.+ 1 çay qaşığı sodanı +1 yemək qaşığı sirkədə söndürün ehtiyatla qarışdırın + 1.5 stəkan ( 250-280 qr.) un - ehtiyatla qarışdırıb formaya (kalıba) tökün.170° dərəcədə 45-55 dəqiqə bişirin.Üzü tez qızarır amma içi gec bişir.Ona görə də üzərinə bir qapaq qoyun.Bişməyini çöplə mütləq yoxlayın.Bişib soyuduqdan sonra 2 yerə bölüb arasına krem sürtün, halqa şəklində doğranmış banan düzun.O biri qatın da hər iki üzünü kremleyəcəksiz - 1 üzü üst qat olacaq,o biri üzü bananın üzərinə qoyulacaq .Ovuntu və ya adi peçenye ovuntusu ilə bəzəyin. Krem: 1 Banka qaynamış qatılaşdırılmış süd (moloko) 200 qr. kərə yağı Yarım çay qaşığı kofeni (z) 1 yemək qaşışığı qaynar suda həll edib mikserlə birlikdə çalın.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 1438
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN