SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Testesteron haqqında nələr bilirik…Kişilərə bəzi məsləhətlər

whatsappda paylaş Whatsapp-la göndər
 Testesteron haqqında nələr bilirik…Kişilərə bəzi məsləhətlər
Testesteron-bu ən əsas kişi hormonu olub,cinsi yetişkənlik dövründən başlayaraq hasil olur və sonra bütün həyat boyu bu davam edir. Ondan kişinin xarici görünüşü, onun fiziki gücü,və demək lazimdır ki, sevmək qabiliyyəti də əsaslı sürətdə asılıdır. 30 yaşdan sonra kişilərin qanında testesteron tədricən azalmağa başlayır, və onun çatışmamazlığı vaxtında aradan götürülməsə, idman zalında ürəyin gedənə qədər məşq etsən də, nə qədər tonuslayıcı sevgi cövhərləri içsən də heç bir fayda olmayacaqdır.Testesteron çatmamazlıqları əlamətləri : Solğun üz; Sönük baxış; Sallanmış dəri və üzdə, dodaqlar ətrafında kiçik qırışlar; Seyrək saçlar, o cumlədən üzdə və bədəndə; İrəli çıxmış qarın; Cinsi həvəsin olmaması və ya zəifləməsi; Daimi yorğunluq, isti basma, hafizəsizlik, Əzələ kütləsinin azalması; Əgər yaşı 30-dan yuxarı kişi bu əlamətlərdən 1-ini və ya 2-sini özündə tapsa, yaxşı olar ki, qanda testesteron analizini elətdirsin. Analizdən sonra onun nəticəsini uroloq, androloq və ya endokrinoloqa konsultassiya etdirsin. DİQQƏT! Qanda testesteronun səviyyəsi kişilərdə normada 12 nmol və yuxarı olur. Hal –hazırda çoxlu müasir androgen preparatlarla- həblər, implanttatlar (dəri altına tikilir), hellər, plastırlarla əvəzedici terapiya vardır. Hal- hazırda axırıncı işlənib hazırlanmış və tətbiq olunan testesteron inyeksiyası vardır ki, ildə 4 inyeksiya etməklə, çatışmamazliq tam aradan götürülür, il ərzində normal fizioloji səviyyə təmin olunur. Kişi dərisi daha çox cavan qalır Kişi dərisi qadın dərisinə nisbətən daha qalın, kobud və relyeflidir və ona görə də onda qırışlar daha gec əmələ gəlir. Lakin kişilərdə dəri altı toxuma, qadınlara nisbətən daha nazikdir və onlar ona görə də isti və soyuğu pis keçirirlər. Üz qırxmadan sonra qıcıqlanma olmaması üçün: –lezviya iti olmalıdır; –üzü qırxdıqdan sonra lasyon və ya xüsusi nəm salfetlə üz silinməli, sonra isə qırxmadan sonra vurulan xüsusi kremlərdən istifadə olunmalıdir (yaxşı olar ki, vitaminli olsun) –əgər üz qırxıldıqdan sonra qıcıqlanma əmələ gəlibsə, bir neçə gün üz qırxılmamalı, qıcıqlanmış dəriyə adi uşaq kremi sürtmək lazımdır; –əgər irinciklər əmələ gəlibsə, dermatoloqa müraciət etmək lzğazımdır; Dərinin cavanlığını saxlamaq üçün çoxlu zulallı ərzaqlar yeməli və siqaret çəkilməməlidir. Üzü küləkli havada qorumaq üçün, küçəyə çıxmamışdan 20 dəq. qabaq üzə istənilən yağli krem vurulmalıdır. Saçınız seyrəlməsin –təpənizdən saçlar tökülürsə-bu kişi hormonlarının disbalansının əlamətidir; –saçlar qırılırsa—dəmir defisitidir; –saçlar çəngə-çəngə tökülürsə-ola bilsin ki, göbələk ifeksiyasına yoluxmusunuz; Kəpək isə gizli gedən “xəstəliyin” və ya mübadilə pozğunluğunun əlaməti ola bilər. Saçları möhkəmlətmək üçün isə tərkibində proteinlər, vitamin B5, E, C, A, F və kükürd, sink, selen, kremni mikroelementləri olan şampunlardan istifadə edin. Və ürəyiniz ağrımasın 10 il bundan qabaq ekzotika olan, lakin bu gun isə 35-40 yaşlı kisiləri kardioloqlar miokard infarktı ilə görməyə adət ediblər. Kişilər kardioloji xəstəliklərdən ən çox ürəyin işemik xəstəliyi (stenokardiya və miokard infarktı) və arterial hipertoniya ilə xəstələnirlər. Risk qrupları: köklər, siqaret çəkənlər və öz fiziki formasına fikir verməyən tənbəllərdir. Nə etmək lazımdır? –siqareti tullamaq; –həftədə ən azı 3 dəfə bədən tərbiyəsi ilə məşğul olmaq və gündə ən azı 45 dəq. piyada gəzmək lazımdır; –ildə 1-2 dəfə xolesterinin səviyyəsini yoxlatmaq və arterial təzyiqə müntəxəm nəzarət etmək (mormada 140/90-dan aşağı olmalıdır).Dunyada hər 5 kişidən biri erektil disfunksiyadan(ED) əziyyət çekir. Səbəbi isə çox vaxt testesteron defisitində və ürək-damar xəstəliklərində olur ki, kişilər bunu çox vaxt nəzərə almır, bilmirlər, bundan şübhələnmirlər . Testesteron çatmamazlığını bərpa etdikdən sonra öz fiziki formanızı güc idman növləri ilə məşğul olmaqla saxlayın, qida rasionunuzda kifayət qədər zülalın- ətin, balığın, quş ətinin olmasını təmin edin. Alkaqolun bir gündə yol verilən dozaları 50 ml araq, 200 ml çaxır və ya 500ml pivə.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 7018
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN