SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Çiçək mafiş resepti

whatsappda paylaş Whatsapp-la göndər
Çiçək mafiş resepti
Tərkibi: Yarım su stəkanı qatıq 1 yumurta 1 paket qabartma tozu 1 yemək qaşığı duru yağ 1 çimdik duz Aldığı qədər un(2-3 su stəkanı) Şərbəti üçün: 2 su stəkanı şəkər 2 su stəkanı su 1 yemək qaşığı limon suyu Qızartmaq üçün: Duru yağ Üzəri üçün: Toz fıstıq Hazırlanması: İlk öncə şirniyyatın şərbətini hazırlamaq üçün su və şəkəri qaynadaq qaynamağa başlayanda 10-15 dəqiqə daha qaynadaq bu arada limon suyunu əlavə etməyi unutmayaq. Xəmiri üçün qatıq, yumurta, duru yağ, qabartma tozu və duz töküb qarışdıraq. Unu yavaş yavaş əlavə edib yumşaq ələ yapışmayan xəmir edək. Xəmiri nazikləşdirərək yayaq. Nə çox nazik, nə də çox qalın olmasın. İstədiyiniz qəlibdə formalarla kəsib isti yağda qızardaq. Xəmiri qızartdıqca şərbətə ataq. Qarışdıraraq 1-2dəqiqə gözlədək. Şərbəti yaxşı çəkəndən sora fıstıqla bəzəyib servis edək. Şirniyyatı soyuduqdan sonra yeyin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 295
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: cabarov.beyrek[email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN