Xoşbəxt cütlüklərin 4 çox sadə vərdişi

whatsappda paylaş Whatsapp-la göndər
Xoşbəxt cütlüklərin 4 çox sadə vərdişi
1. Heç vaxt sağollaşmadan evdən çıxmayın. İlk baxışda bu çox mənasız görünə bilər, lakin evdən çıxarkən sevdiyiniz insanı öpmək və onunla sağollaşmaq, hətta geciksəniz də, çox vacibdir. Bu sağollaşma ənənə halına gəlməlidir və sizin bir-birinizə olan qayğı, sevginizin kiçik simvolu olmalıdır. 2. Hər gün ikilikdə söhbət edin Bu vacibdir. Öz həyat yoldaşınızda günlərinin necə keçdiyini soruşun və ya ona gününüzün necə keçməsi barədə danışın. İki insan arasında ünsiyyət xoşbəxt münasibət üçün olduqca vacibdir. Heç vaxt bu cür söhbətləri sabaha ertələməyin. Çünki sabah yeni gün, yeni hadisələr olacaq və eyni şeylər sizin sevgilinizin də həyatında baş verəcək. Bu hər xoşbəxt cütlük üçün vacibdir. 3. "Səni sevirəm” deyin Bu sözü deməyin qeyri-düzgün forması yoxdur. Hətta bir neçə ildən sonra da bu sözləri desəniz, hər dəfə yeni hisslər oyandıracaq. Münasibətlər əsnasında insanlarda müxtəlif komplekslər fomalaşır. Məsələn, onlar düşünə bilər ki, sizə kifayət qədər uyğun deyillər, sizə yaraşmırlar və buna görə də siz ondan uzaqlaşırsınız. Siz sevgilinizi bu sehrli sözləri təkrarlamaqla, onu bu fikirlərdən uzaqlaşdıra bilərsiniz. Lev Tolstoyun da dediyi kimi, bütün xoşbəxt ailələr bir-birinə bənzəyir. Həqiqətən də bir çox xoşbəxt cütlüklərin bəzi ortaq nöqtələri var və bütün bunlar da onlara münasibətlərini qorumaqda kömək edir. 4. Bir-birinizi təəccübləndirin Bu heç də hər gün bir-birinizə hədiyyə almalı və romantik yeməklər təşkil etməli olduğunuz demək deyil. Sevdiyiniz insanın yanağından öpməyiniz, onunla birlikdə olmağınızın xoşbəxtliyini hiss etdirməyiniz kifayətdir. Vaxtaşırı kiçik sürprizlər də münasibətlərə xüsusi bir şey əlavə edir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 485
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN