SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Portağal yağı ilə gözəlləşin!

whatsappda paylaş Whatsapp-la göndər
Portağal yağı ilə gözəlləşin!
Portağalın nə qədər faydalı meyvə olması, yəqin ki, hamıya bəllidir. Xüsusilə tərkibindəki C vitamininin çoxluğu bu meyvənin faydalılığını daha da artırır. Bəs portağal yağının faydalarından xəbəriniz varmı? Portağal yağı portağal qabığı və ya portağal ağacının çiçəklərindən əldə edilir. Xoş qoxusu sayəsində istifadə zamanı narahatlıq vermir. Portağal yağının heç bir əks təsiri yoxdur. Portağal yağının tərkibindəki turşular və antioksidantlar bir çox dəri probleminə müalicəvi təsir göstərir. Xüsusilə hamiləlikdən sonra yaranmış dəri çatlarını aradan qaldırmaq üçün faydalıdır. Portağal yağının faydalarını təqdim edirik: -Ağrılı nahiyələri müalicəvi özəlliyə sahibdir. -Həzm sistemini tənzimləyir, həzm problemlərinin yaxşılaşmasına yardım edir. -Yaraların müalicəsində antiseptik (xəstəlik törədən mikro orqanizmləri məhv etmək və ya onların çoxalmasının qarşısını almaq üçün kimyəvi maddələr) kimi istifadə edilə bilər. -Sellüliti yox etməkdə çox təsirlidir. -Sızanaq və qara nöqtələrin müalicəsində istifadə edilir. -Sinir sistemi üzərində müsbət təsirləri var. -Qan azlığının müalicəsində təsirlidir. -Diabet xəstələri üçün faydalıdır. -Maqnezium, mis, kalium, sink, fosfor, dəmir baxımından zəngindir. Portağal yağı necə istifadə edilir? -Bir stəkan suya 3-5 damcı portağal yağı əlavə edib içmək həzmi yaxşılaşdırır. -Pambığa bir neçə damcı portağal yağı töküb problemli dəriyə sürtün. Bu, sızanaqları qurudur. -Portağal yağı xüsusilə sellülitlə mübarizədə ən güclü silahdır. Mütəmadi olaraq istifadə edildikdə dərinin portağal görünüşü tamamilə yox olur. Portağal yağını evdə hazırlamaq olar? Portağal yağını özünüz də hazırlaya bilərsiniz. Bunun üçün 4-5 ədəd portağalın qabığını rəndələyib bir bankaya tökün, üstünə yarım stəkan zeytun yağı əlavə edin. Daha sonra banka 2 ay qaranlıq bir yerdə otaq temperaturunda saxlanılmalıdır. İstifadə etməzdən əvvəl yağı süzün.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 592
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN