SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qızılgül suyunun faydaları

whatsappda paylaş Whatsapp-la göndər
Qızılgül suyunun faydaları
Qızılgül kosmetik, tibbi vasitə olmaqla yanaşı, mətbəxdə də istifadə olunur. Gözəl qoxusu ilə bərabər bu güldən əldə edilən suyun bir çox faydası var. Bu dəfə qızılgül suyunun əksəriyyətimizə məlum olmayan faydalarından yazırıq. Qızılgül və suyu sink, fruktoza və limon turşusunu özündə birləşdirir. Eyni zamanda da bol miqdarda B3, A, C, E və D vitaminlərinin mənbəyidir. Buna gördə də o saçlar üçün çox faydalıdır. Tərkibindəki faydalı birləşimlər sayəsində saçları kökdən uca qidalandırır və gücləndirir. Tərkibində kimyəvi maddə olmayan bu təbii su çay şəklində qəbul edilərsə içindəki vitaminlər sayəsində böyrəklərdəki infeksiyaları və ürək xəstəliyi riskini azaldır, həzm sistemini təmizləyir, paradontos xəstəliyinin səbəb olduğu diş ağrılarını və göz zədələnməsinin aradan qalxmasına şərait yaradır. Təbii gül suyu ilə hər gün üzünüzü təmizləsəniz dərinizdəki ləkələr təmizlənəcək və yaşla əlaqəli yaranan qırışıqlıqlardan da dərinizi qoruyacaq. Qızılgül suyunu tonik olaraq da istifadə etmək mümkündür. Eyni zamanda gözlərinizin altında yaranan torbaları, yorğunluqla əlaqəli olan qaraltıları da azaltmaqda gül suyu yaxşı vasitədir. Qızılgül suyundan yaddaşınızın güclənməsi üçün də faydalana bilərsiniz. Bunun üçün mütəxəssislər hər gün qızılgül suyunu iyləməyin kifayət olduğunu bildirirlər.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 993
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN