loading...

Körpənin dil açması üçün asan yollar

whatsappda paylaş Whatsapp-la göndər
Körpənin dil açması üçün asan yollar
Ana və ataların körpələriylə oynadığı oyunlar ya da aldıqları oyuncaqlar körpənin danışma müddətinə birbaşa təsir edir. Valideynlərin mahnı və şeir söyləməsi, bilməcə oyunu-oynamaları və oyuncaq heyvanları danışdırmaqları təsirli üsullardan bəziləri … Kompüter və internet dönəmində doğulan uşaqlar texnologiyanın faydaları qədər zərərlərini də görür. Bu uşaqlar texnologiyanın təqdim etdiyi imkanlarla sərhəd tanımaz bir şəkildə dünyanı kəşf etsə də xüsusilə 3 yaşına qədər uşaqlarda televiziya izləmək, kompüter oyunları oynamaq dil inkişafına mənfi təsir edir. Ənənəvi oyunların az qala ortadan qalxdığını öyləyən Anadolu Sağlamlıq Mərkəzi Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dos. Dr. Sevinc Karaaslan Bıyıklı, uşaqlarda dil inkişafının 2-5 yaş arası dövrdə olduğunu ifadə edərək, dil inkişafında rol oynayan faktorları zəkanın, eşitmə və vizual qavrayışın normal olması ilə bərabər uşağın yaşadığı ətraf və sosial-iqtisadi şərtlərin də əhəmiyyət daşıdığını vurğuladı. Çox danışın Böyüklərin erkən dövrdən etibarən körpələ maraqlanması, danışması, söylədiklərini mimikalarla dəstəkləməsi ilə körpənin təqlid edərək dili öyrənməyə başladığını ifadə edən Dos. Dr. Bığlı, xüsusilə ana tərəfindən təqdim edilən şifahi stimul dil inkişafını müsbət istiqamətdə dəstəklədiyini bildirb: "Uşaqla danışmaq, oyun oynamaq, kitab oxumaq dil inkişafı üçün çox əhəmiyyətlidir. Valideyn uşaq ilə danışmalı, uşağı dinlədiyini hiss etdirməlidir. Uşaq səslərə qarşılıq verdiyində cəsarətləndirilməlidir. Beləcə uşaq öyrənməyə, sınağa təşviq edilmiş olar. Çox sıxlıq və səs-küy olmayan yerlərdə oyun oynamaq, səslər çıxarmaq daha uyğundur ” Hansı oyun və oyuncaqlar olar? ** Mahnı oxumaq. ** Oyuncaq telefon, mikrofon kimi danışma və mahnı oxuya biləcəkləri oyuncaqlar. ** Birlikdə edilən fəaliyyətlərin izah edilməsi. ** Saymaq (1-10-a qədər) ** Şəkilli kitab oxumaq, izah etmək, bu sırada suallar soruşmaq. Köpək harada? Almanı göstərə bilərsənmi? və.s ** Oyuncaq heyvanları ya da kuklaları danışdırmaq. Televiziya və kompüterin zərərləri? ** Uşağın dil inkişafı mənfi təsirlənər ** Sosial ünsiyyət bacarıqları inkişafı önlənər ** Duyğu vəziyyətində mənfi təsirlənmə olur (qorxu, qayğı, dəcəllik kimi) ** Beyin inkişafına mənfi təsiri-diqqət əskikliyi, öyrənmə çətinliyi, oxumağa istəksizlik kimi gecikmə və problemlər inkişaf edə bilər ** Görmə problemləri, duruş pozuqluqları, hərəkətsizlik və buna bağlı köklük problemləri ortaya çıxa bilər
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 723
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN