SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Fisincan plov resepti

whatsappda paylaş Whatsapp-la göndər
Fisincan plov resepti
Tərkibi: Qoyun və mal əti – 500 gr. Baş soğan – 250 gr. Qoz – 500 gr Su – 2,5-3 stəkan Limon turşusu – 1-1,5 ç.q. Duz, istiot Hazırlanması: Ətdə qiymə hazırlanır, sonra qiymədən balaca (qoz boyda) küftəciklər yumrulanır və yağla tavada qızardılır. Bişmiş küftəciklıri qazana qoyub, üstünə ərinmiş yağ tökün və kənara qoyun. Qozu xırdalayın. Fincanda limon turşusu, 1 ç.q. duzun üstünə qaynar su töküb, əridin. Çuqun tavanı odun üstünə qoyub hazırlanmış məhlulu ora tökün. Qaynayan kimi qozu üstünə töküb qarışdırın. Məhlul qoza hopandan sonra əgər gördünüz ki qozlu kütlə susuz qurudur, onda yenə məhlul düzəldin, amma limon turşusu və duz az olmalıdır. Bir az dadın, əgər turşluğu azdırsa, onda limon turşusu əlavə edin. Əsl çuqun tavada qoz kütləsinin rəngi tündləşməlidir. Amma indi əsl çuqun tavasını tapmaq çox çətindir. Onun üçün mən kiçicik bir improvizasiyaya əl atıram. Qoz kütləsinin içinə mən ətçələn maşınının torunu atıram. Daimə qarışdıraraq torun ətrafında kütlə tündləşir. Kütlənin rəngi çox tünd olmamalıdır, təhminən 5-7 dəq. saxlamaq lazımdır. Küftəciklərlə qazanı odun üstünə qoyub yaği tam əridin. Toru kütlədən çıxarıb küftəciklərin üstünə tökün. Astaca qarışdırın. Əgər gördünüz ki fisincan qurudur, biraz su ya da ki bulyon əlavə edin. Lazımsa yağ da əlavə edin. Balaca odda 1 saatadək bişirin. Fisincanı plovla təqdim edirlər. Hazır olmuş fisincanın rəngi tünd bənövşəyi olmalıdır. Fisincanı toyuq ətindən də hazırlayırlar.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 542
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN