loading...

Çanta alarkən nəyə diqqət etmək lazımdır?

whatsappda paylaş Whatsapp-la göndər
Çanta alarkən nəyə diqqət etmək lazımdır?
İş qadınlarının və ev xanımlarının üstünlüyü daha çox içinə hər şeyi sığışdıra biləcəyi çantalar olur. Hündürdaban ayaqqablarla isə kiçik çantalara xanımlar üstünlük verirlər. Çanta seçdiyiniz zaman mütləq özünüzə bu sualı verin: "Çanta alarkən nəyə diqqət etməliyəm?” Çanta ölçüləri İlk öncə alacağınız çantanın ölçüsü sizin üçün rahat olub-olmadığına diqqət etməlisiniz. Ehtiyacınız olan hər şeyi çantanıza sığışdıra bilməlisiniz. Qadınlar yetkinləşdikcə çantaları da onlarla birlikdə böyüyür. Çanta ölçüləri geyiminiz və gedəcəyiniz məkanlarla əlaqəsi olmalıdır. Toya getdiyimiz zaman özümüzlə yeke çanta götürmərik, elə deyil? Çantanın "bölmə”ləri Qadınlar adətən çantalarında axtardıqlarını asan tapa bilmirlər. Həm çantalarına çox şey qoyduqları üçün, həm də çantalarındakı "bölmə”lər yetərsiz olduğu üçün ev açarını tapmaq qadınların xeyli zamanını alır. Əgər dağınıq çantaya sahibsinizsə, çoxlu bölmələri olan çantalar istifadə edin və əşyalarınızı çantanın "bölmə”lərinə yerləşdirin. Bu zaman telefonunuz zəng etdiyi zaman asanlıqla tapa biləcəksiniz Çanta materialı Çanta seçdiyiniz zaman diqqət etməniz lazım olan nüanslardan biri də materialdır. Daha keyfiyyətli materialı olan çantanı daha uzun müddət istifadə etmək mümkündür. Parça çantaları yaz və ya yay aylarında istifadəsi idealdır. Tez çirklənməyinə baxmayaraq qolunuza yapışıb sizi tərlətməyəcək. Çantanın rəngi Çantanızın rəngi də təbii ki, çox önəmlidir. Əgər daha çox istifadə etmək istədiyiniz çanta istəyirsinizsə, qarderobunuzda hansı rəngin üstünlük təşkil etdiyinə fikir verərək seçim edin. Narıncı, çəhrayı və ya yaşıl kimi rənglərdə olan çantalar bəzi kombinlərinizi zənginləşdirsə də gündəlik istifadəsi mümkün deyil. Gündəlik istifadə üçün isə bej, boz və ya qara rənglərə üstünlük verin. Çanta alarkən nələrə diqqət etməlisiniz? Stilinizə uyğun olmayan parçaları bəyənə bilərsiniz, ancaq onlar gündəlik istifadə üçün uyğun olmayacaq. Buna görə də geyimlərinizə uyğun olan çantaya üstünlük verin. İş üçün isə daha ciddi modelə üstünlük verin, həftə sonu cins və t-şört kombinlərinizlə isə əyləncəli modelləri seçin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 405
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN