SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Uşaqlarda nevrotik iştahsızlıq

whatsappda paylaş Whatsapp-la göndər
 Uşaqlarda nevrotik iştahsızlıq
Son vaxtlar valideynləri cox narahat edən və həkimə müraciət etməyə səbəb olan -uşagin iştahasizligi ilə baglı şikayətlərdir.İştahasızlıgın səbəbi isə müxtəlif psixotravmatik anlar ola bilər –uşagıın bagçaya,məktəbə getməsilə anadan ayrılma qorxusu –düzgün olmayan qidalanma rejimi –uşagin cəzalandirilmasi və s. İştahasizliq(anoreksiya)I-li ve II-li olur.I-li anoreksiya saglam uşaqlarda qida rejiminin pozulması nəticəsində,II-li anoreksiya isə mədə-bagirsaq traktinin müxtəlif xəstəlikləri nəticəsində əmələ gəlir.Qidalanma eyni saatlarda olduqda,uşaqda düzgün qida refleksi formalaşır.Yeməkarası vaxtda uşaga şirin çay ,konfet və s.verilməsi qida mərkəzinin oyaniqliginin azalmasina səbəb olur.Nevrotik iştaha pozgunlugu çox vaxt erkən yaşlı,məktəbəqədər yaşlı uşaqlarda məcburi yedizdirilmə nəticəsində əmələ gəlir.Bu zaman uşaqda yeməyə qarşı ikrah hissi yaranır,bəzən qaytarma,qusma da olur.Bəzən iştahasız uşagı yedizdirmək üçün müxtəlif metodlardan istifadə edirlər(nagıl danışmaq,cizgi filminə baxmaqla uşagın fikrini yayındırıb yedizdirmək).Bu da komək etmədikdə uşagi məcburi qidalandirirlar. Bütün bunlar sinir sistemində qida mərkəzinin oyanıqlıgının kəskin azalmasina,qidalanma prosesinə qarşı neqativ reaksiyaya səbəb olur.Son vaxtlar yeniyetmeler arasinda nevrotik anoreksiya cox rast gelinir.Onlarin öz xarici görünüşünden narazı qalması yeməkdən imtina etmələrinə,iştahasızlıga gətirib çıxarır.Birinçili anoreksiyanın müaliçəsində səbəbi aradan goturmək və tədriçən qida rejimini normallaşdırmaq lazımdır.Asan həzm olunan karbohidratları (bal,mürəbbə,şirniyyatlar)məhdudlaşdırmaq və yalnız yeməkdən sonra vermək olar.2 yaşdan böyük uşaqlarda iştahanın stimulyasiyası üçün duza qoyulmuş xiyar,pomidor,sogan,sarımsaqlı tərəvəz salatları da menyuya daxil edilməlidir.Uşaq yemək istəmirsə,onu məcbur etmək ,cəzalandırmaq olmaz! Növbəti yemək saatını gözləmək lazımdır.Əgər uşaq yeyərkən çeynəmə,udma gecikirsə,qidanı agızda cox saxlayırsa,ona udmanı asanlaşdırmaq üçün bir neçe qaşıq su vermek olar.Yeniyetmelerde nevrotik anoreksiyada bezen, psixoterapevtik yardıma ehtiyac olur.Bütun bunlardan sonra iştahasızlıq davam edirsə,həkimə müraciet etmək məsləhətdir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 6129
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN