loading...

Zədələnmiş saçlara evdə peşəkar qulluq

whatsappda paylaş Whatsapp-la göndər
Zədələnmiş saçlara evdə peşəkar qulluq
Saçların boyanması, fendən istifadə, sprey, mus kimi saç şəkilləndiriciləri sayəsində saçlarımız zədələnir, zəifləyir və sağlamlıqlarını itirir. Təkcə bu məhsullar deyil, həm də, günəş şüaları, ekoloji çirklənmə, düzgün qidalanmamaq da bu zədələnmələrə gətirib çıxardır. Zədələnmiş və zəif saçlarınızı bərpa etmək istəyirsənizsə 2 üsulu nəzərdən keçirtməlisiniz: birinci təbii yağlar və ikinci isə gözəllik salonlarından peşəkar kömək almaq. Amma bəzən çoxlarımızın gözəllik salonlarından kömək almağa vaxtımız və imkanımız olmur. Biz sizə bu işdə kömək etməyi düşünürük. Bunun üçün sizə evdə zədələnmiş və zəif saçlarınıza peşəkar qulluq təqdim edirik. Təbii yağlar və mətbəxdəki möcüzəniz Təbii yağlar və mətbəxdəki məhsullarla ən az gözəllik salonlarından alınan təsiri evdə qulluq edərək də ala bilərsiniz. Nəticədə həm pulunuz cibinizdə qalar, həm də, saçlarınıza tətbiq etdiyiniz məhsulun tərkibinə də, nəzarət edə bilərsiniz. Amma bilin ki, evdə etdiyiniz qulluq salonlarda edilən qulluğa nisbətən gec təsir göstərə bilir və zamanınızı alır. Saçlarınız qırılmasın, güclü olsun deyə, yumurta maskası istifadə edə bilərsiniz. Bunun üçün 1 ədəd yumurtanı yaxşıca çalın və 1 ç.q. bal əlavə edin, yenidən yaxşıca qarışdırın. Sonra saçlarınıza kökdən uca çəkin. 15-20 dəqiqə saxlayıb ilıq su və şampunla yuyun. Saçları və qurumuş baş dərinizi nəmləndirmək üçün zeytun yağı, hind qozu yağı əlavə edib qarışdırın. Sonra saçlarınıza və dərinizə 10-15 dəqiqə masaj edərək çəkin, 30 dəqiqə saxlayıb ilıq su ilə yuyun. Nəticədə saçlarınız yumşalacaq. Bu təbii qulluğu həftədə 1-2 dəfə edə bilərsiniz. Təsirini 3-4 həftə sonra görə bilərsiniz. Quru, zəif və zədələnmiş saçlar üçün digər bir maska isə avokado maskasıdır. Maskanı hazırlamaq üçün 1 stəkan zeytun yağı, 1 ədəd əzilmiş avokado və 1 ç.q. balı götürüb yaxşıca qarışdırın. Sonra saçlarınıza çəkib 30 dəqiqə saxlayın. Avokado olmasa banan da istifadə edə bilərsiniz. Saçlarınızın ucu tez-tez qırılarsa axşam evə gəldikdən sonra saçlarınızın ucuna zeytun yağı çəkin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 396
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN