SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Sobada toyuqla çöp siş resepti

whatsappda paylaş Whatsapp-la göndər
Sobada toyuqla çöp siş resepti
Tərkibi: Toyuğun döş əti – 1 ədəd Göbələk – 4-5 ədəd Bibər – 2 ədəd Marinəsi üçün: Sirkə- 2 x.q Zeytun yağı- 1 x.q Kəklikotu Rozmari Duz Sarımsaq- 1diş Soğan – 1 ədədin ¼-i Hazırlanması: Toyuğun döş əti nisbətən orta ölçülü kub formasında doğranılır və bir kasaya tökülür. Marinə üçün nəzərdə tutulan ərzalar doğranmış toyuğun döş ətinin üzərinə əlavə edilərək yaxşı qarışdırılır və streç salafanla üzəri bağlanılıb 1 saat soyuducunun buzluğunda saxlanılır. Bibərlər və göbələklər doğranılır. Marinə olunub yumşalmış toyuğun əti fotodakı kimi bibər, göbələk, soğan və ət şəklində şişə keçirilir.Soba 220 dərəcə tempraturda isidilir. Toyuq şişləri istəyə uyğun şəkildə qızarana qədər sobada fırladılır. İsti-isti süfrəyə verilir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 625
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN