SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Sağlam qidalanmadığınızı bəlli edən əlamətlər

whatsappda paylaş Whatsapp-la göndər
Sağlam qidalanmadığınızı bəlli edən əlamətlər
Sağlam qidalanmadıqda orqanizmdə bir sıra fəsadlar meydana gəlir. Qidalanma rejiminizi dəyişmək üçün təhlükəli xəstəliyə yaxalanmağı gözləməyin. 1. Mütəmadi olaraq yorğunluq hiss etmək Təxmini səbəb: dəmir çatışmazlığı Dəmir bədəni enerji ilə təmin edən minerallardan biridir. O, oksigenin orqanizmə paylanmasını təmin edir. Dəmir çatışmazlığı zamanı oksigen düzgün paylanmır və yorğunluq hissi baş verir. Həll yolu: Dəmirlə zəngin qidalar yeyin. "Fast-food” yeməklərindən vaz keçin. Qırmızı ətə, dəniz məhsullarına üstünlük verin, göyərti yeyin. 2. Qəbizlik Təxmini səbəb: lifli qidalar yeməmək Lifli qidalar bağırsaqların işini asanlaşdırır. Həm də tez doyub, gec acmağa səbəb olduğu üçün arıqladır. Liflə zəngin qidalar yemədikdə qəbizliklə yanaşı, digər mədə-bağırsaq problemləri ilə də üzləşə bilərsiniz. Həll yolu: Yulaf əzməsi, sitrus meyvələri, alma, çiyələk, armud, avokado, mərci, brokkoli kimi qidalar bol miqdarda lif ehtiva edir. Demək olar ki, meyvə və tərəvəzlərin çoxunda lif var. Qida rasionunuza bunları daxil edərək sağlamlığınızı qoruya bilərsiniz. 3. Əsəbi olmaq Təxmini səbəb: kifayət qədər kalori qəbul etməmək Aclıq insanı əsəbi hala gətirə bilər. Enerjinin və qandakı şəkər miqdarının normal səviyyədə qalması üçün kifayət qədər kalori qəbul etməlisiniz. Sağlam qalmaq istəyən insan gündə minimum 1200 kalori qəbul etməlidir. 4.­ Depressiyaya meyllilik Təxmini səbəb: karbohidrat əskikliyi Bir çox insan arıqlamaq üçün karbohidratlı qidalardan uzaq durur. Ancaq heç karbohidrat qəbul etməmək də xoşbəxtlik hormonunun azalmasına gətirib çıxara bilər. Bu isə depressiyaya meylli bir insana çevrilməyinizlə nəticələnəcək. Həll yolu: Keyfiyyətli karbohidrat mənbələrinə müraciət edin. Səhər yeməyində bütöv dənli taxıldan hazırlanan çörək yeyin. Gün ərzində 1-2 ədəd alma yeyə bilərsiniz. Axşam yeməyində isə sadə plova üstünlük verin. 5. Saçların tökülməsi Təxmini səbəb: vitamin və mineral çatışmazlığı Qida rasionunuzda meyvə və tərəvəzlərə az yer ayırır və hazır qidalara üstünlük verirsinizsə, deməli, orqanizminizə kifayət qədər zülal, dəmir, E vitamini, maqnezium, kalium və mis daxil olmur. Bu isə saç tökülməsinə gətirib çıxarır. Həll yolu: Toyuq, balıq, yumurta və çərəz yeyin. Qabaq tumu, lobya, mərci və ispanaq da sizə kömək edə bilər. Ən əsası gündə 2-3 ədəd meyvə, 4-5 fərqli tərəvəzdən hazırlanan yeməklər yeyin. Hər yeməyə salatla başlayın.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 365
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]l.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN