SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qoltuqaltı qaralmasına qarşı 5 TƏBİİ ÜSUL

whatsappda paylaş Whatsapp-la göndər
Qoltuqaltı qaralmasına qarşı 5 TƏBİİ ÜSUL
Yay gələndə qoltuqaltını göstərən nazik paltarlar geyinmək bəzi xanımlar üçün problem olur. Çünki qoltuqaltı qaralmalar onları narahat edir, özgüvənlərini sarsıdır. 1. Sirkə Düyü unu və sirkəni qarışdıraraq əldə etdiyiniz məcunu duşdan sonra qoltuqaltına sürtün. Quruduqdan sonra durulayın. Bu qarışım yalnız dəri rəngini açmır, eyni zamanda qoxuya səbəb olan bakteriyaların ölməsini də təmin edir. 2. Portağal qabığı Portağal qabıqlarını günəşdə qurutduqdan sonra rəndələyin və gül suyu əlavə edərək məcun əldə edin. Bu qarışımı qoltuqaltınıza tətbiq edin və quruduqdan sonra soyuq suyla durulayın. Ölü hüceyrələrin ölməsinə və dərinin rənginin açılmasına kömək olacaq. 3. Limon Limon dəri qaralmalarında ağıla ilk gələn həll yollarından biridir. Dərinizi təmizləyər və işıqlandırar. Qalın bir dilim limonu qoltuqaltınıza sürtün, sonra durulayın. Limon dərini qurudacağından bu əməliyyatdan sonra mütləq nəmləndirici istifadə edin. 4. Sandal ağacı Sandal ağacı tozu və gül suyunu qarışdırıb əldə etdiyiniz məcunu qoltuqaltına sürtün. Sandal ağacı rəngin açılmasını təmin edir, gül suyu da sərinlik və yumşaqlıq hissi verir. 15 dəqiqə saxladıqdan sonra durulayın. 5. Karbonat Mətbəxdəki istifadəsi ilə yanaşı, gözəllik reseptlərində də tez-tez rast gəlinən karbonat dəri rənginin açılmasına da kömək olur. Su ilə qarışdırıb əldə edilən bu məcunu nizamlı olaraq qoltuqaltına tətbiq edin və durulanın.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 1145
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN