SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Seks ən müqəddəs ibadətdir

whatsappda paylaş Whatsapp-la göndər
Seks ən müqəddəs ibadətdir
Tanınmış psixoterapevt Elmir Əkbər bizdə seks çox iyrənc bir şey kimi çatdırılır. İntim həyat, seks çox müqəddəs bir ritualdır, ibadətdir. Bəlkə də ən müqəddəs ibadətdir. İnsanın kamilliyə doğru yolunda ən gözəl bir ritualdır. Sadəcə olaraq, primitiv insanlar bunu iyrənc bir formada dərk edirlər. İntim həyat insanın dünyaya təmasında, inteqrasiyasında ən böyük addımdır. Psixi-cinsi etaplar var. Bu, 18 aya qədər oral mərhələdir. 18 aydan 36 aya qədər, yəni 3 yaşa qədər anal mərhələ gəlir. Daha sonra latent, genetal, fallik mərhələlər gəlir. Hər birində də insan inkişaf etapı keçir. "Edip kompleksi”, "Elektra kompleks” o zaman baş verir ki, insan fallik mərhələdə yaşadığı nələrinsə çözümünü tapmaq istəyir. Bu çözümü insan fallik mərhələdə tapa bilməyəndə, gələcəkdə onda müəyyən problemlər ortaya çıxır. Uşağın cinsi hissləri daha çox erotik formada öz əksini tapır. Libido, yəni cinsi inkişaf enerjisi deyiləndə, təkcə, primitiv seks aktı nəzərdə tutulmamalıdır. Bütün yaradıcılıq, quruculuq addımları bu enerji ilə bağlıdır. Bunu sözlə ifadə etmək bir az çətindir. Libido insanın özündən kənardakı obyektlərə qovuşmasıdır. Seksin özündə nə baş verir? İki insan tam paltarsız, bir-birinə yaxınlaşır və bir obyektə çevrilirlər. İnsan sevdiyi insanla orqazm yaşayanda elə bir an yaşayır ki, onun eqosu itir, iki insan bir insana çevrilir. Siz bir əsəri sevirsizsə, sanki bir orqazm yaşayıb onunla birləşmiş olursuz. İnsanda ilk vaxtlar erotik hisslər yaranmağa başlayanda onlar ilk olaraq ən yaxında olan obyektə, sevdiklərinə nəzər yetirirlər. Uşaq psixikası elədir ki, o, bütün hisslərini sevdiyi obyektə yönləndirir. O elə bilir ki, kimisə sevirsə, bütün hissləri ona aludə olmalıdır. Qısacası uşaq elə bilir ki, hər şey sevdiyi insanla bağlıdır. Bəziləri isə çox primitiv düşünür və deyir ki, Freyd guya atanın qızla cinsi əlaqədə olmasını dəstəkləyib. Siz bilirsinizmi Freyd nə qədər mühafizəkar olub?! O, adi cinsi azadlığı qəbul etməyib. Onun dediyi sözləri bu qədər primitiv başa düşmək lazım deyil. Dinə inanmaq da olar, inanmamaq da. Amma müqəddəs yazılarda olanlarda çox böyük müdrik nüanslar var. Onların dediyinin çoxunu analiz etsəz, gedib Freyd deyənlərə çıxacaqsınız. Məsələn, mən təkamül nəzəriyyəsinə inanıram və Quranın özü də təkamül nəzəriyyəsini sübut edir. Tövrat, İncil, Quran bizə nə deyir? Deyir ki, insan var idi, yaşayırdı, xoşbəxt idi, sevirdi. Və günlərin bir günü ona özünüdərk hissi gəldi. Günlərin bir günü onda ayıb hissi, yəni hansısa mənəvi kateqoriyalar yaranmağa başladı. Məgər bunu deməklə, dini kitablar sübut etmir ki, təkamül olub?! Yəni, nəsə olub ki, insan dəyişilib.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 1039
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN