SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qızılgül formalı peçenyalar resepti

whatsappda paylaş Whatsapp-la göndər
Qızılgül formalı peçenyalar resepti
Tərkibi: Kərə yağı (Marqarin də istifadə etmək olar) – yarım paket Yumurta – 1 ədəd Qatıq – 1 x.q. Pudra şəkəri – 1 st. Vanil – 1 paket Duz – 1 çimdik Qabartma tozu – 1 ç.q. Kakao – 1.5 x.q. Un – ala bildiyi qədər Hazırlanması: Qarışdırma qabına otaq istiliyində azca əridilmiş yağı, qatığı və yumurtanı əlavə edib, əvvəlcə barmaq uclarınız vasitəsilə onları bir-birinə yeridin. Mikserlə 2 dəqiqə yaxşıca qarışdırın. Daha sonra pudra şəkərini əlavə edib bir az da qarışdırın. Ayrıca bir qabda unu, vaili və qabartma tozunu qarışdırıb yavaş-yavaş əvvəlki qabdakı qarışıma əlavə edin. Una mikser vurmayın, qaşıq və ya çırpanla qarışdırın. Ələ yapışmayan bir az yumşaq xəmir alınana qədər əlinizlə yoğurun. Və xəmiri iki yerə ayırın. Birinə kakaonu əlavə edib yoğurmağa davam edin. Sonra xəmirləri oxlov vasitəsilə yayın və 4 dənə yuvarlaq xəmir kəsin. Bu xəmirləri stəkan vasitəsilə kəsə bilərsiniz. İki ağ və iki kakaolu xəmiri götürüb rulet halında dolayın. Alınan qızılgül formalı xəmirləri əvvəlcədən 190 dərəcədə isidilmiş sobada bişirin. Diqqət edin ki, üzərləri yanmasın. Soyuduqdan sonra servis edin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 774
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN