SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qısqanclıq və onun aradan qaldırılması yolları

whatsappda paylaş Whatsapp-la göndər
Qısqanclıq və onun aradan qaldırılması yolları
İnsanlar bütün hisləri özlərində daşıya bilər lakin, onları cilovlayıb, tənzimləyə bilmədikdə bu onlarda bir çox psixoloji problemlərə gətirib çıxarar. Qısqanclıq da bunlardan biridir. Bu hiss də həddini aşdıqda sizi bir çox şeydən məhrum edə bilər. Ən əsasda sevdiyiniz insanlardan.Qısqanclığı məhəbbətin həm yol yoldaşı adlandırırlar,həmdə zəhəri. Çünki bəzən artıq qısqanclıq münasibətlərə soyuqluq gətirə bilər.Qısqanclıq hissi ilə paxıllıq hissini heç vaxt qarışdırmayın .Paxıllıq hər kəsə, hər bir şeyə qarşı olar ancaq qısqanclıq sevdiklərinizə. Onları itirmək qorxusu xüsusi ilə bunun yaranmasına səbəbdir. Uşaqlıq vaxtlarımızdan hər birimiz sevilmək, ana, atamızın sevimlisi olmaq istəmişik. Ailəyə yeni bir övlad gələrsə tərk edilib, daha az istənilməkdən qorxmuşuq. Qısqanclıq ailədə uşaqlar arasında belə yaranar və böyüdükcə yoldaşlıq, sevgi münasibətlərində davam edər. Bəs qısqanclığı necə aradan qaldırmaq olar ??? •İlk öncə hisslərinizə aydınlıq gətirməyə çalışın. Özünüzə etiraf edin ki,siz sevdiyiniz insanları qısqanırsınız. Bu problemi həll etməyin ilkin mərhələsidir. Hislərinizə aydınlıq gətirməyiniz sizə daxili rahatçılıq gətirəcək və əsəblərinizi daha çox sakitləsdirəcək. •Sonrakı mərhələdə qısqanclığın əsas yaranma səbəbini özünüzdə müəyyənləşdirin. Özünüzə sual verin:”Məndə bu hislərin yaranmasına əsas səbəb nədir?” Bəzən insanlar özlərindən asılı olmadan müəyyən senarilər qurur və bunun təsiri ilə daxili narahatlıq keçirirlər. • Hər şeyin çoxu ziyan olduğu kimi qısqanclığında həddindən çox olması münasibətinizə ziyan gətirəcəkdir. Belə ki, qısqanclıq hissi çox olduqda qarşı tərəfi bezdirir və münasibətdə soyuqluq yaradır. Qarşı tərəfin hansı hərəkətləri sizdə daha çox qısqanclıq yaradırsa bunu ona söyləyin və birgə həll etməyə çalışın. •İlk olaraq ağlınıza mənfi fikirlər gətirməyin. Məsələn-zəng etdiyində telefon məşğuldursa valideynləri, dostu və ya işlə bağlı telefon danışığında da ola bilər. Unutmayın siz aşırı qısqanclıq göstərməklə özünüzə inamsız olduğunuzu göstərirsiniz. Qısqanclıq göstərmək əvəzinə isə özünüzü inkişaf etdirin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 624
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN