SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yumurtalıq kistasının partlaması

whatsappda paylaş Whatsapp-la göndər
Yumurtalıq kistasının partlaması
Yumurtalıq kistaları böyüdükcə içlərində olan maye də artır və kistin gərginliyi getdikcə artaraq sonunda kista çəpərində yırtılma və ya partlayış – adlanan vəziyyət yarana bilər. Əlamətləri Yumurtalıq kistasının partlaması çox vaxt mühüm problemlərə yol açmaz. Bəzən kiçik bir kista yırtılır və xəstə bunu heç hiss etməyə bilər və normal həyatına davam edə bilər. Bəzən də yırtılan kista zonasında qanaxma yarana bilər. Bu qanaxma bəzən bir müddət sonra öz-özünə dayana bilər və bir problemə yol açmır amma bəzən bu qanaxma dayanmır və qarın içərisinə çox miqdarda qanaxma ola bilər və xəstədə ağrı, özündən getmə, gözlərin qaralması, şok kimi həyatı təhlükə altında atacaq dərəcəyə qədər vəziyyət irəliləyə bilər, təcili əməliyyat lazım gələ bilər. Bu səbəblə xüsusilə yumurtalıq kistasının olduğunu bilən bir xəstə ağrı, gözlərin qaralması, huşunu itirmə hissi, başgicəllənməsi kimi şikayətləri başlayar başlamaz təcili olaraq həkimə müraciət etməlidir; Kista partlamış ola bilər və ya burxulmuş (torsiya) ola bilər. Yumurtalıq kistaları bəzən öz-özünə partlaya bilərkən bəzən cinsi əlaqə əsnasında və ya başqa gündəlik fəaliyyətlər əsnasında partlaya bilirlər və xəstə şiddətli qasıq və ya qarın ağrısı hiss edir. Ağrıdan başqa, xəstənin ürək bulanması, qusma kimi şikayətləri də ola bilər. Kista qarın içərisinə artıq qanaxma edərsə halsızlılq, baş dönməsi, göz qaraltısı,özündən getmə kimi şikayətlər də əlavə oluna bilər. Bəzən kista partlamasına baxmayaraq qarın içərisinə qanaxma olmur, sadəcə, kista içərisindəki maye axır və ya qanaxma olsa da qısa müddətdə öz-özünə dayanır və xəstə ağrı və ya başqa bir şey hiss etməz. Diaqnoz Yumurtalıq kistasının partlamasında diaqnoz müayinə və ultrasəsə əsasən asanlıqla qoyulur. Ultrasəslə partlamış olan kista və ətrafına axan maye və ya qan asanlıqla görülə bilər. Həddindən artıq qanaxma olan hallarda xəstənin təzyiqi və qan dəyərləri aşağı olaraq ölçülür. Qarın ağrısı yarada biləcək xəstəliklərlə ayırıcı diaqnozun keçirilməsi əhəmiyyətlidir. Müalicəsi Müalicədə bəzən sadəcə gedişatı izləmək və xəstəyə dəstək müalicəsi kifayətdir. Kistaya bağlı ağrı və ya qanaxma öz-özünə qısa müddətdə keçəcək və xəstə normal halına qayıdacaqdır. Lakin bəzi hallarda kistanın partlaması qarın içərisinə həddindən artıq qan sızmağa səbəb olur və qanaxma dayanmır və ya xəstəni şoka salacaq qədər pis vəziyyətə gəlib çıxarsa bu halda dəstək müalicəsi və açılan qanaxmanı dayandırmaq üçün əməliyyata ehtiyac ola bilər. Əməliyyatda kistanın qanayan bölgəsindəki qanın dayandırılması əsasən mümkündür. Bəzən kista olan yumurtalığın tamamilə xaric edilməsi lazım gələ bilər. Əməliyyat laparoskopik və ya açıq əməliyyat şəklində tətbiq olunur.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 635
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN