SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ürəyinizi qorumağın yolu 5 qidadan keçir

whatsappda paylaş Whatsapp-la göndər
Ürəyinizi qorumağın yolu 5 qidadan keçir
Yəqin ki, sizin də sağlamlığınız üçün müəyyən etdiyiniz qidalanma rutininiz var. Bəlkə də, qoyduğunuz bu qayda, seçdiyiniz qidalar heç də, sağlam qidalanmanın standartlarına cavab vermir. Yediyimiz qidalar birbaşa bizim ruhumuza təsir edir. Yəni, biz nə yeyiriksə oyuq. Ona görə də, sağlam ürək sahibi olmaq istəyirsinizsə təqdim etdiyimiz qidaları mütləq pəhrizinizə əlavə edin. Yağsızlaşdırılmış yoqurt Onun tərkibində qan təzyiqini salan və ürək xəstəliklərinin yaranması təhlükəsini azaldan maqnezium, kalium və kalsium kimi faydalı minerallar var. Eyni zamanda yağsız süd məhsullarının tərkibində arteriyanın qaydasında işləməsinə mane olan zərərli piylər yoxdur. Kiçik bir ipucu verək: adi, şəkərsiz yoqurt alıb, özünüz içinə bal və ya meyvə dilimləri qata bilərsiniz. Şəkərli yoqurt qandakı yüksəksəviyyəli lipoprotein sıxlığının (sağlam xolestrol) səviyyəsinin düşməsinə səbəb ola bilir. Qarağat giləsi Qarağatın tərkibində arteriyanın zədələnməsinin qarşısını alan mikroqida maddələri var. Ümumiyyətlə, gün ərzində 5 növ meyvə və tərəvəz yemək lazımdır ki, onlardan biri mütləq qarağat olmalıdır. Bundan başqa rasionunuza qidalı maddələrlə zəngin olan üzüm, gavalı və quşüzümü də əlavə etsəniz faydalı olar. Qoz Zərərli xolesterinlə mübarizə aparmaq üçün salat və ya yulafdan hazırlanan yeməklərinizə qoz qatmağı unutmayın. 7 ədəd qozun tərkibində 100 kalori var. Həm də, qoz ürəyi qorumağa kömək edən B vitamini və taninlə çox zəngindir. Eyni zamanda qoz yağından istifadə edin. Tərkibindəki xeyirli, bitki mənşəli piylər vasitəsilə arteriyanın bərkiməsilə mübarizə aparır. Sellülozlu yeməklər Bütün yarmaların tərkibindəki sellüloza kifayət qədər deyil. Ona görə də, yarmalar alarkən qablaşdırmanın üzərini diqqətlə oxuyun. Yarmanın yulaf unundan hazırlanmasına diqqət edin. Belə yeməklərin tərkibindəki sellüloz xolesterinin səviyyəsini qaydasına salır. Yarmadan yemək hazırlasanız soya südü əlavə etməyi unutmayın. Paxla Araşdırmalar göstərir ki, paxladan tez-tez istifadə edən qadınlarda ürək xəstəliklərinin əmələgəlmə təhlükəsi digərlərinə nisbətən 69% azdır. Natriumun miqdarını azaltmaq üçün təzə və ya konservləşdirilmiş paxladan istifadə edin. Dükana-bazara gedəndə rasionunuz və sağlam ürəyiniz üçün bu qidaları səbətinizə atmağı unutmayın.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 446
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN