SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Məşhur modelin gözəllik sirləri

whatsappda paylaş Whatsapp-la göndər
Məşhur modelin gözəllik sirləri
Amerikalı aktrisa və model Bleyk Layvli arıq olmamasına baxmayaraq, gözəl və cazibədar bədən quruluşu ilə seçilir. Məşhur ulduz gözəlliyinin sirlərindən danışıb. Onun sözlərinə görə, bunun üçün ilk növbədə müntəzəm olaraq idman etmək lazımdır: “Həftədə 4-5 dəfə idman edirəm. Bu çox olmasa da, əslində az da hesab olunmaz. Bundan əlavə hər gün yoqa ilə məşğul oluram”. Tənbəl olduğunu söyləyən Bleyk güclü idman edərək tərləməyə çalışdığını və bu üsulla arıqladığını söyləyir. Bleyk Layvli pəhrizi: Səhər yeməyi- zəruridir Bleyk heç vaxt səhər yeməyindən imtina etmir və bu çox doğru seçimdir. O, bildirir ki, əgər kalorili nə isə yemək istəyirsə, bunu mütləq səhər edir. Bu yolla səhər yeyilən kalorili yeməklər piyə çevrilmir, omba və qarın hissəsinin kökəlməsinin qarşısını alır. Meyvə- ən yaxşı dost Acmısınızsa və nə yeyəcəyini bilmirsinizsə, əlbəttə yeməklərdən imtina etmək və yalnız meyvəylə qidalanmaq lazımdır. Çips və şirniyyatdan tamamilə uzaq durmaq lazımdır. Özünüzlə işə 2 alma və portağal apara bilərsiniz. Bununla da həm aclıqdan qurtula, həm də effektiv arıqlama üsulundan yararlanmış olarsınız. Özünü sevmək Layvli hesab edir ki, özünü sevmədən bunların heç birinə nail ola bilmərsiniz. Hər zaman bədənə qulluq edən və müxtəlif kosmetik vasitələrlə onun qayğısına qalan Bleyk özünü sevdiyiniz müddətcə istədiyiniz nəticəni alacağınızı deyir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 499
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN