SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Körpənin beyin inkişafı

whatsappda paylaş Whatsapp-la göndər
Körpənin beyin inkişafı
Körpələrin Beyin İnkişafı Üçün İlk Şərt Mütəxəssislər, körpənin ya da uşağın beyin-sinir sistemində çətinlik olub olmadığını necə biləcəyik?” – sualına, ”Uşağınız 2 aylığında üzü üstə başını qaldıra bilmirsə və ya 3 aylığında başını dik tuta bilmirsə deməli onda sinir problemləri var. Həmçinin gördüyü obyektləri gözlə təqib edə bilmirsə, 6 aylığında arxası üstə başını qaldıra bilmirsə, 9 aylığın da dik oturmağı bacarmırsa mütləq həkimə müraciət edin. 1 yaş yarımında yeriyə bilmirsə və ya heç bir söz söyləyə bilmirsə, 3 yaşında sadə cümlələr qura bilmirsə, həddindən artıq yatırsa ya da yuxu pozğunluğu varsa, yuxusunda diksinirsə, 5 yaşından sonra altını islatmağa davam edirsə, deməli körpənin sinir sistemində ciddi problem var. ”QUCAĞA ÖYRƏŞMƏSİN” SƏHV FİKİRDİR Həm körpəlik, həm də uşaqlıq dövründə beyin və sinir sisteminin inkişafı üçün ilk şərtin lazımi maraq və sevginin göstərilməsi olduğu vurğulanır. Cəmiyyətdə, ”Körpəni qucağa alma, öyrəşməsin” kimi fikrlər mütəxəssislər tərəfindən tənqid olunur. ”Bu cür qonqarma fikirlərə müsbət baxmırıq. Körpənizi qucağınıza alın, sevin, sevgi nümayiş etdirin. Körpələrə sevgi göstərmək lazımdır. Onsuz da müəyyən yaşdan sonra, o danışmaq və yeriməklə azadlığını qazandığı dövrdə siz qucağınıza almaq istəsəniz də gəlmir, yerimək, azad hərəkət etmək istəyir” – deyə bəzi mütəxəssislər bildirib. Mütəxəssislər, hər ailənin özünə görə adətləri, dəyərləri olduğunu, uşağın 1-3 yaş arasında həm ailə həm də ictimai dəyərləri öyrənmə dövrünə girdiyini deyirlər. Mütəxəssislər bildirir ki, öyrənilmiş davranışlar vardır. Ağlayaraq istədiyini etmək, hər istəyinin yerinə yetirilməsi kimi davranışlar adət halına çevrilsə, qarşıda bədbəxt olmasına səbəb olarıq. Çünki həyatı boyunca ağlayaraq istədiyini etdirən dövrləri olacaq. Bu halda onun gəlcəyi heçdə işıqlı olmayacaq. Buna görə körpəni, uşağı ağladan səbəbləri ortadan qaldırmaq lazımdır. Körpə tərbiyəsində ən çox buraxılan səhvlərdən biri həddindən artıq maraq və düşkünlük ilə ”qoy ağlasın, öyrənsin” kimi bir səbəblə maraqsızlığın yaranmasıdır. Mütəxəssislər, körpəni ağladan faktorları aradan qaldırmaq lazımdır deyə bildirirək misal çəkirlər, “yatağında yatmaqdan xoşu gəlmirsə qucağınıza alıb sevgi göstərərək, oxşayaraq sakitləşdirib, ondan sonra yatırmalısınız” – deyə məsləhət verirlər. Körpənin sakitləşməsi və rahat olması üçün körpəyə baxan adamın psixologiyası çox mühümdür. Gərgin, tündxasiyyət, vasvası, narahat, təzyiqi olan valideynlərin uşaqlarında nervoz problemlərin əmələ gəlməsi gözlənilən haldır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Psixologiya
Baxış sayı: 3255
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN