loading...

Gicitkən

whatsappda paylaş Whatsapp-la göndər
Gicitkən
"Gicitkənin tərkibi bir Mendeleyev cədvəlidir” – desək yanılmarıq. "Allah (cəllə cələluhu) bütün vitamin və mineralları bu bitkinin içinə qoymuşdur” -desək səhv etmərik. İndi yaz gəlir insan orqanizmi qışdan çıxanda bədəndə vitamin-mineral əksikliyi əmələ gəlir, əsasən də uşaqlarda. Deməli əlinizə rezin əlcək geyinib gicitkəni dərin suda yuyun və qayçi ilə doğrayıb bir stəkanın yarsına qədər tökün, üstünə su əlavə edib blenderlə qarışdırın, təzə gicitkən şirəniz hazırdır. Bu şirədən gündə 2 stəkan, yeməkdən əvvəl 1 stəkan için. Bu, insan bədənində çatmayan bütün vitaminləri və mineralların yerini dolduracaqdır. Əsasən də dəmirlə zəngindir, anemiyalı xəstələr sizin üçün çox faydalıdır. Təzə gicitkən şirəsi damarlarda oksigenin miqdarını artırır və toxumaların qidalanmasını yaxşılaşdırır, qəbizliyi aradan götürür, böyrəklərin daş və qumlarını təmizləyir. Təzə gicitkən şirəsi dərini təravətləndirir, immuniteti artırır, Bundan başqa təzə gicitkəndə zəngin K vitamini vardır. Bu vitamin təzə qan yaradır və sümük iliyində problemlər olanlar üçün faydalıdır. Təzə gicitkəni dərin, süpürgə kimi düzəldin, saunada və ya hamamda dizlərinizi, belinizi təzə gicitkənlə döydürün. Revmatizmdə, bel ağrılarında və orqanizmi qüvvətləndirmək üçün çox faydalıdır (tələbə vaxtı bunu çox etmişik). Təzə gicitkəni ət maşınından keçirin, tökülmüş saçların yerinə lopa kimi qoyun, yeni tük gətirəcək, olan saçlarınızı qalınlaşdıracaq. Bunu zob üzərinə qoyanda düyünlər kiçilir. bunu daban mahmızı üzərinə qoyanda mahmız kiçilir, bu oynaqların duzlaşmasında oynaq üzərinə qoyulur, bunu podaqra üzərinə qoyanda şiş kiçilir, belin alt tərəfində tüklər bədənə girib infeksiya törədirlər (çox təhlükəli olur) bunu həmin büzdümün üstünə qoyanda keçir, bunu dəmrovların üzərinə qoyanda dəmrov və ekzema əhəmiyyətli dərəcədə azalır, bunu lipomaların üstünə qoyanda kiçilir. Təzə gicitkən şirəsini 10 gün içib 1 həftə fasilə vermək lazımdır, çünki qanı qatılaşdıra bilər. Gicitkən kökləri prostat vəzin adenomasında (şişlərində) çay kimi dəmlənilib içilir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 363
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN