SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Qadınlar nə istər..

whatsappda paylaş Whatsapp-la göndər
Qadınlar nə istər..
Əgər ailə səadətindən danışırıqsa, qadınların kişilərdən, kişilərin də qadınlardan nə istədiklərini bilmədən məqsədimizə nail ola bilmərik. Həqiqətən də elə xırda məsələlər vardır ki, unudulduğu üçün çox şeyləri görməyimizə, yaşamağımıza mane olur. Elə isə gəlin, bu xırda nöqtələri bir yerdə axtarıb tapaq... Qadın bir yerdə yaşamaq, hər çətinliyə bir yerdə sinə gərmək üçün həyatını bağladığı yoldaşından ilk növbədə səadət istəyir. Bəli, bir qadın yoxsulluğa dözə bilər; xəstəliklərə, çətinliklərə sinə gərə bilər, ancaq inanın, o zərif ruhu həyat yoldaşının həyatındakı ikinci bir qadın olmaq bir tərəfə dursun, onun gözünə dəyən iki cüt gözdən biri olmağa belə dözə bilməz. Və bu zərif məxluq haradasa duyğulardan ibarət yaradıldığı üçün nə alçaldılmağa, nə də incidilməyə razı olar. Bir cüt göz xatirinə min çiləyə sinə gərsə də, bir cüt sözün acısı ilə günlərlə göz yaşı tökə bilər. Qadın xatırlanmaq istəyər. Özü əlamətdar günləri unutmadığı kimi, bu günlərdə unudulmaq da istəməz. Həyat yoldaşından aldığı qönçə bir gül də olsa, ən çox istədiyi şey onun gözlərindəki sevgi olar. Qadın, gözəlliyinin dilə gətirilməsini istəyər. Dünya gözəli olmadığını bilər, ancaq dünya gözəli kimi diqqət, qayğı gözləyər. İltifatlardan xoşlanar, ən kiçik dəyişikliklərin belə hiss olunmasını sevər, sevgini sevər, sevməkdən bezməz. Və inanın, istədiyi sevgini tapsa, bir qadın, bir anda mələyə, xeyirxahlıq pərisinə, ya da insanüstü bir varlığa çevrilər. Bir də görərsiniz ana olar, min bir əzabla dünyaya gətirdiyi körpəsinin hər əziyyətinə sevərək, gülərək qatlanar. Bir də görərsiniz tibb bacısı kimi səhərə qədər gözünü qırpmadan növbə gözləyər xəstə övladının başı üzərində. Bir də görərsiniz müəllimədir, qələm tutdurar, yazı yazdırar ciyərparasına. Əxlaq dərsi verər, övladının üzüağ, alnıaçıq bir insan kimi yetişməsi üçün bəzən çatılar qaşları. Bəzən sınar qəlbi, ancaq yenə də enməz səmalara dua üçün qalxmış əlləri... Bir də görərsiniz aşpazdır, bir də görərsiniz dərzi... Ev süpürərkən, yer silərkən görənlər onun bu qədər ülvi hisslərlə dolu olduğuna inana bilməzlər. Təmizlik işçisi sanarlar. Qəlbində qaynatdığı " sevgi qazanı " ilə hər şəklə girər, hər peşənin mahir ustası olar... Ancaq könlündəki sevgini əks etdirəcəyi bir könül tapmasa, qabiliyyətləri korşalar, gözəl üzü solar, qol - qanadı qırıq, yolunu itirmiş bir quşa çevrilər. Xanımı ilə gözəl davranan, onun sevgisinə bir dəstə nərgiz çiçəyi ilə sahib olan kişilərin nə qədər sərfəli bir alış - veriş etdiyini gördünüzmü? Səadət uzaqda deyil. Yetər ki, biz ona sahib olmaq istəyək.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qadın dünyası
Baxış sayı: 2206
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN