SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dırnaqlarınızı bəzəmək indi daha asandır

whatsappda paylaş Whatsapp-la göndər
Dırnaqlarınızı bəzəmək indi daha asandır
Son zamanlar trend olan dırnaq bəzəkləri artıq geniş yayılmağa başlayıb. İstər həndəsi formalar, istər də daha əyləncəli bəzəklər demək olar ki, hər kəsin diqqətini çəkir. Yəqin ki, düşünürsünüz ki, dırnaq bəzəmə işi həm bacarıq, həm də çox vaxt tələb edir. Amma bu, heç də belə deyil. Bu yazımızda sizə dırnaqlarınızı rahatlıqla bəzəmək və qulluq etmək üçün ipucları veririk. Dırnaq bazası olaraq sirkə istifadə edin: dırnaqlarınıza boya çəkməmişdın əvvəl sirkəyə batırılmış pambıqla dırnağınızı silin. Bu proses dırnağınızda boyanın daha çox qalmasına şərait yaradacaq. Eyni zamanda dırnaqlarınızı gücləndirəcək və onlara parlaqlıq bəxş edəcək. Süngərli kölgə tətbiq edən alətlə dırnaqlarınızı zərlə bəzəyin: qeyd etdiyimiz bu alətlə zərləri götürüb yeni çəkilmiş dırnaq bəzəyinizin üzərinə tətbiq edin. Boya qalıqlarını eyeliner fırçası ilə təmizləyin: dırnaqlarınıza boya çəkdikdən sonra yəqin ki, boyanın kənarlara yayılması kimi xoşagəlməz hal ilə siz də qarşılaşırsınız. Bunun üçün boyanı dırnaqdan təmiz silməyə ehtiyac yoxdur. Sadəcə dırnaqlardan kənara yayılan boyanı eyeliner ya da ki, dodaq fırçası vasitəsilə təmizləmək mümkündür. Saralmış dırnaqlarınızı evdəki vasitələrlə asanlıqla ağardın: boyaların qurbanına çevrilmiş saralan dırnaqlarınızı təmizləmək və ağartmaq üçün evdə hazırladığınız bu məhlul köməyinizə gələr: karbonat və limonu qarışdıraraq onları məcun halına gətirin. Sonra dış fırçası yardımı ilə onu dırnaqlarınıza massaj edərək tətbiq edin. Bir neçə dəqiqə saxlayıb sonra yuyun. Dırnaq boyanızın qurumasını soyuq su ilə daha da sürətləndirin: boyanızı çəkib bitirdikdən sonra onun daha tez quruması üçün əlinizi buzlu suya qoyun və hərəkət etdirin. Dırnaq bəzəmədə özünüz üçün asan xətlər yaradın: yelpik formasında olan fırçanın uclarına dırnaq boyası çəkin və fırçanı dırnağınıza tətbiq edin. Dalğalı xətlər yaratmaq üçün onu dırnağınıza bir neçə dəfə tətbiq edin. Qırılan dırnağınızı çay torbası ilə düzəldin: çay torbasından kiçik hissə kəsin, yeni baza çəkdiyinizin dırnağınızın qırılan hissəsinə parçanı yerləşdirin. Nəticədə dırnağınızda görünməz bir yamaq yaranacaq. Dırnaqlarınıza parlaq qaşlar yapışdırmaq üçün yumşaq göz qələminin ucundan istifadə edin: kiçik daşları qabından qələmin ucu ilə çıxarıb dırnağınızda istədiyiniz hissəyə yerləşdirin. Toz halında olan göz köləgələrinizdə dırnaq boyası düzəldin: az miqdarda şəffaf dırnaq boyası ilə toz halında olan göz kölgəsini bir qaşığa tökün və bir çöp vasitəsilə qarışdırın. Budur yeni boyanız hazırdır. Zərli dırnaq boyalarınızı daha asanlıqla təmizləyin: Boyanızı çəkməmişdən əvvəl dırnağınıza əsas olaraq soyula bilən bir əsas çəkin. Onun üzərindən çəkdiyiniz zərli boyanızı isə dırnağınıza bir az yağ çəkib manikür çubuğu ilə rahatlıqla təmizləyə bilərsiniz. Dırnaq yapışqanınızı özünüz düzəldin: şəffaf bir kağız və yaxud da qalın paketin üzərinə düz şəkildə qalın bir qat boya çəkin və onu quruduqdan sonra qayçı ilə kəsin. İstədiyiniz formanı aldıqdan sonra yeni çəkdiyiniz dırnaq boyanızın üzərindən onu yerləşdirin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 615
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN