SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Nəmləndirici seçərkən nələrə diqqət etməli?

whatsappda paylaş Whatsapp-la göndər
Nəmləndirici seçərkən nələrə diqqət etməli?
Bədənimizin 70%-i sudan ibarətdir və bunun 20%-i dəri tərəfindən istifadə olunur. Bu səbəbdən dərimizin daim nəmə olan ehtiyacını müxtəlif üsullarla qarşılamalıyıq. Nəmləndirici krem və ya losyonlar dərini yumşaldan və nəmi özündə tutan kosmetik məhsullardır. Nəmləndiricilər dərinin üzərində incə bir təbəqə yaradaraq, suyun buxarlanmasını əngəlləyir, tərkibindəki su tutucular dərinin ideal nəm səviyyəsinə çatmasına kömək olur, dərinin susuzluğunu aradan qaldırır. Nəmləndirici məhsullardakı su nisbəti kremlərdə 70%, losyonlarda 90%-dir. Bu məhsullar dəriyə tətbiq olunduqda ən üst təbəqə "Korneum" suyu əmərək yumşalır. Nəmləndiricinin tərkibinə qliserin əlavə olunubsa, krem ​​havada olan nəmi də özünə çəkir. Bəs nəmləndirici seçərkən nələrə diqqət etməli? Nəmləndirici krem almazdan əvvəl müəyyən qaydalara əməl etməliyik. Əvvəlcə dərinizi tanımalısınız və dərinizə uyğun nəmləndirici seçməlisiniz. Dərinizin normal, yağlı, quru yoxsa qarışıq dəri tipinə aiddir? İlk olaraq bu sualı cavablandırmalıyıq. Bir çoxları üzünün yağlı ya da quru olduğunu fikirləşir, əslində böyük əksəriyyət qarışıq dəri tipinə sahibdir. Qarışıq dəri tipində T bölgəsi (çənə,burun,alın) yağlı, digər bölgələr isə qurudur. Quru dərilərə ümumiyyətlə daha qatı kremlər ya da losyonlar istifadə etmək lazımdır. Bu tip dərilərdə yağ nisbəti 15-30% olan kremlər istifadə edilə bilər. Yağlı və səpgili dəriyə sahib olanların ya tamamilə yağsız (oil-free), ya yağ nisbəti 10-15%i keçməyən yüngül nəmləndiricilər, ya da dəridəki yağ nisbətini tarazlayan (oil-control) məhsullar istifadə etmələri məsləhətdir. Dərimiz özünü 21 gündə yeniləyir. Nəmləndirici krem və ya losyonunuzun dərinizə hər hansı bir allergik təsiri yoxdursa, nəmləndiricinin dərinizə uyğunluğunu dəqiqləşdirmək üçün 21 gün ardıcıl olaraq istifadə etməlisiniz. Nəmləndiricini dərinizə tətbiq etmək üçün ən doğru vaxt duşdan sonra və ya üzünüzü təmizlədikdən sonrakı vaxtdır. Nəmləndiricini barmaqlar yardımıyla dəriyə masaj edilərək tətbiq olunması məsləhətlidir. Bir çox markaların nəmləndirici krem,losyonları mövcuddur. Çeşid çoxluğu seçim etməkdə çətinlik yaradır. Clinique Moisture Surge İntense Quru dəriniz tipiniz varsa bu nəmləndirici tam sizlikdir. Yağsız krem-gel şəklindədir.Dərini tam nəmləndirir. Gündəlik istifadə zamanı dərinin nəm səviyyəsini tarazlaşdırır.Qarışıq dəri tipinə məxsus olanlar qış aylarında xüsusilə istifadə etməlidirlər Dior Capture Totale Soin Regard Multi Perfection Capture Total adından çoxca bəhs etdirən kremdir.Quru dərililər üçün əvəzedilməzdir. Kremin xüsusiyyəti tərkibindəki faktor kompleksin üzde və boyundakı hüceyrələrə qısa müddətdə təsirini göstərməsidir. Shiseido Future Solution Güclü nəmləndirmə xüsusiyyətinə malikdir. Dərini nəmləndirir, canlandırır, enerjisini geri qazandırır. Masajla tətbiq olunduqda qan dövranınını surətləndirir. Le Weekend De Chanel Le Weekend De Chanel istifadə zamanı həftə boyu dəri daha sağlam və parlaq görünür. Tərkibindəki gül suyu rahatladıcı təsir yaradır. Dəridəki qabıqlanmanın və nəm itkisinin qarşısını alır. Tərkibində glykolik asid var və bu asid dərinin soyulmasına kömək olur. Kiehl’s Ultra Facial Cream Gel və krem arasında bir quruluşa malikdir. Gündəlik nəmləndiricidir və 24 saat təsirini davam etdirir. Xüsusən soyuq havalarda dərini rahatladır. Makiyaja yeni başlayanlar üçün tövsiyyə edilir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 424
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN