SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Uşaqla ananın yatağı nə vaxt ayrılmalıdır?

whatsappda paylaş Whatsapp-la göndər
Uşaqla ananın yatağı nə vaxt ayrılmalıdır?
Yataqları ayırmaq üçün müəyyən yaş həddi varmı? Uşaqla bərabər yatmaq nə qədər düzgündür? “Uşağımla yatağımı nə vaxt ayırmalıyam?” sualı ailələrin çox tez-tez verdiyi suallardan biridir. Bu məsələ ilə bağlı mütəxəssislər iki fərqli mövqe nümayiş edirlər. Bir qrup mütəxəssis 40 günlüy,ə ya da 1 yaşına qədər eyni yataqda yatmağı dəstəkləyir, digərləri isə uşaq valideyni anlayana qədər eyni yataqda yatmağı üstün tutur. Uşaqla birgə yatmaq cütlüklər arasında problem yarada bilər Uzun müddət ana və ata ilə yatan uşaqlarda özgüvən formalaşmır və valideynə asılılıq meydana gəlir. Belə olanda isə uşaq gələcəkdə təkbaşına nəsə etməkdə, ayaqda durmaqda çətinlik çəkirlər. Şəxsi inkişafı tamamlanmır. Bundan başqa uzun müddət uşaqla birgə yatmaq cinsiyyət azğınlaşmasına yol açır. Birlikdə yatmaq təkcə uşağa deyil, cütlüklərə də təsir edir. Yatağın kiçik olması, ya da uşağa zərər verə bilər deyə kişinin divanda yatması zamanla soyuqluq yaradıb boşanmaya gətirib çıxara bilər. Bundan başqa siqaret çəkən, spirtli içki içən, narkotik istifadə edən böyüklərin uşaqla birgə yatması düzgün deyil. Yataq və otağı mərhələli olaraq ayırmaq lazımdır Yataqları ayırmaqla otaqları ayırmaq iki fərqli şeydir. Yatağı ayıran kimi uşağı dərhal başqa bir otağa yerləşdirmək həm uşaq, həm də valideyn üçün çətin ola bilər. Üstəlik, əgər ana uşağına süd verirsə, otaqları ayırmaq işi daha da çətinləşdirə bilər. Bir yandan isə körpənin ana ilə yaxın təmasının faydalı olduğu deyilir. Yaxın təmas uşağın özgüvənini formalaşdırmaqla yanaşı həm də inkişafını sürətləndirir. Anası ilə yaxın təmasda olan uşaq müəyyən bir harmoniya içində olur. Bu harmoniya yuxusunu və nəfəsini ritmik olaraq nizamlayır. Anasının nəfəsini duyan körpə daha tez yuxuya gedir. İngiltərədə aparılan bir araşdırma ana ilə yatmağın uşağın beyin inkişafı baxımından, stresslə baş etməkdə müsbət təsiri olduğunu ortaya çıxarıb. Hər iki tərəf özünü hazır hiss etdiyində uşağınıza artıq hər kəsin öz otağının olmalı olduğunu, bunun daha düzgün və sağlam olduğunu onun başa düşəcəyi dildə anladıb, mənimsəməsinə nail olmaq daha doğru olar. Buna görə uşaq söylənənləri anlayacaq yaşda olmalıdır. Bu işi mərhələli halda edin. Uşağın otağına sevdiyi əşyaları alın Otaqları ayırdıqdan sonra qapıları açıq saxlayın ki, uşaq hər sizi istəyəndə yanında olasız. Uşağın otağına xoşuna gələn yataq örtükləri, əşyaları, gecə lampaları alın. Yatmadan əvvəl uşağınızla daha çox vaxt keçirin. Yoxluğunuza uyğunlaşmaqda çətinlik çəkirsə, sizə aid bir şeylərlə yatsın. Yatmadan əvvəl onunla daha çox vaxt keçirməniz daha rahat yatmasına kömək edəcək. Bu vaxt onun xoşuna gələn hekayələr danışın. Sizsiz yatmağa alışması bir az vaxt alacaq. Buna görə səhərlər yataqdan qalxmadan bir az yenə sizin yatağınızda vaxt keçirməsi onu razı salacaq. Gecə uşağınız oyanıb “kabus görmüşəm”, - deyə yanınıza gəlirsə, rədd etməyin. Bu, onda psixoloji yara aça bilər. Əvvəlcə dinləyib onunla danışın. Otağına aparıb yatana kimi onun yanında olacağınız, ancaq yatandan sonra öz otağınıza gedəcəyinizi deyərək, sakitləşdirə bilərsiz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 624
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN