SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Sağlamlıq pəhrizi

whatsappda paylaş Whatsapp-la göndər
Sağlamlıq pəhrizi
Diqqəti artırır, xərçəng xəstəliyinin bəzi növlərinin riskini azaldır, depressiya ilə mübarizə aparmaqda kömək edir və əhval-ruhiyyəni yaxşılaşdırır * Pəhriz balansı Bu pəhriz qida dəyəri baxımından zəngindir və artıq yağ toxumalarını aradan qaldırır. Faydalı – nəyi yeməli, nədən çəkinməli? - qızılbalıq, tunes, skumbriya, siyənək balığı (yağla zəngin balıqlar pəhrizin mükəmməl və əsas tərkib hissəsidir) – noxud, lobya, qoz-fındıq (faydalı bitki zülallarının mənbəyi), gündəlik çoxlu tərəvəz və meyvələr (ən yaxşıları yaşıl yarpaqlı tərəvəzlər, az şəkərli meyvələrdir) – soyuq sıxılma yolu ilə alınmış zeytun yağı (extra virgin), kanola yağı və ya kətan yağı (dəyərli yağlardır, qızartmaq üçün istifadə olunmamalıdır, çünki çox tez yanırlar) – qarğıdalı yağı, günəbaxan yağı və soya yağı (bunlardan yayınmalıyıq) – az yağlı süd məhsulları (proteinlərin tövsiyyə olunan növü) – yavan ət, məsələn: hinduşkanın döş əti, dərisiz – bununla doymuş yağ turşularından yayınmaq olar – tövsiyyə olunmur – yağla qızardılmış məhsullar – marqarin tövsiyyə olunmur – keks, biskvit, çipsi, plitka şokolad və yüngül qəlyanaltılar ciddi şəkildə qadağandır Depressiyaya girdiyiniz zaman: Bu pəhrizin əsas hissəsi təzə meyvə və tərəvəzlər, eləcə də doymamış yağ turşularıdır. Bu pəhriz gündəlik bezdirici rejimdən sıxılanlar üçündür… Balanslaşdırılmış pəhriz nümunələrindən biri kimi bu eskimos təcrübəsinə əsaslanır (giləmeyvə, quru meyvələr yemək və çay içmək). Bu bədənin soyuq havaya qarşı müqavimətini artırmaq üçün zəruri olan çoxlu vitamin və minerallarla, həmçinin antioksidantlar, lif və salisilatlarla təmin edir. Bu pəhrizin vacib elementlərindən biri də omeqa 3 turşuları və antioksidantlarla zəngin ilkin preslənmiş yağlar, məsələn, zeytun yağı və kanola yağıdır. Pəhrizi tamamlamaq üçün, bədənin karbohidratlara, tam buğda çörəklərinə, çovdar çörəyinə ehtiyacı var, lakin şəkərli qidalar qadağan olunmalıdır. Menyu Səhər yeməyi: 3 dilim qara çörək, skumbriyalı makaron, zeytun yağlı çoban salatı, çay Lanç: buxarda bişirilmiş toyuğun döş əti, bişmiş lobya cücərtiləri, qabıqla bişmiş kartof, limonlu su Şam yeməyi: 2 ədəd ələnməmiş undan hazırlanmış bulka, 3 tikə yağsız bud əti, meyvə salatı, çay
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 439
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN