SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Pendirli kiş resepti

whatsappda paylaş Whatsapp-la göndər
Pendirli kiş resepti
Tərkibi: Xəmiri üçün: 300 qr un 150 qr marqarin 1 ədəd yumurta duz Üzəri üçün: 6-7 ədəd təzə soğan 1/2 dəstə şüyüd 1/ 2 su stəkanı yaşıl zeytun 1/ 2 su stəkanı qara zeytun 150 qr fıstığlı kolbasa 1 box labne (firma adı) pendiri Hazırlanması: Kiş xəmiri üçün bir qabda unu və duzu qarışdırın. Marqarini kub şəklində kəsərək, unun üzərinə əlavə edin. Yumurtanı əlavə edin. Xəmiri tez tez yoğurun. Üzərinə nəmli bir bez örtün, soyuducunda yarım saat saxlayın. Kişin üzərinə qoyacağınız qarışıq üçün soğanları və şüyüdü incə incə doğrayın. Yaşıl və qara zeytunu incə incə kəsin. Fıstığlı kolbasanı kub şəklində doğrayın. Geniş bir qabda doğranmış zeytunu, təzə soğanı, şüyüdü, kolbasanı və labne pendirini qarışdırın. Xəmiri qabından bir az daha böyük açın. Qabın içinə yerləşdirin. Kənarlarını bıçaqla kəsin. Xəmirin üzərində çəngəllə dəliklər açın. Əvvəldən isidilmiş sobada qızarana qədər bişirin. Sobadan çıxardıqdan sonra soyudun. Pendiri üzərinə yayın. Dilimləyərək süfrəyə təqdim edin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 229
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: cabarov.beyrek@mail.ru

  • BİZİ FACEBOOKDA İZLƏYİN