SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Dəbli kişi

whatsappda paylaş Whatsapp-la göndər
Dəbli kişi
Dəb və dəbli görkəm dünyanı dəyişir. Əvvəl əgər kişilərin xarici görkəm qayğısına ehtiyac yox idisə, müasir dünyada bu tam əksinədir. Son illər kişilər özlərinə daha çox diqqət yetirməyə başlayıblar. XVI-XVII əsrlərdə kişilər xarici görkəmlərinə çox diqqət yetirirdilər. Pariklər, üzüklər, kosmetoloji vəsaitlər, kremlər və sair. Lakin artıq XIX əsrin ortalarında “kişilik” dəbə minir. Pariklər, ənliklər yoxa çıxır və hətta “ayıb” hesab edilməyə başlanmışdır. Lakin son illər kişilər arasında özünə qulluq yenidən dəb olub. Bu XX əsri sonlarından başlayıb və artıq ölkəmizə də gəib çatıb. Bəzi kişilər öz həyatlarını fitnessiz, kosmetoloji və sair proseduralarsız təsəvvür etmir. Geyim tərzimiz də dəyişib. Əgər əvvəllər kişilər üçün geyim o qədər önəmli deyildirsə də, son illər kişilər buna daha çox diqqət ayırırlar: t-shirtlər, şərflər, uniseks dəbi və sair. Özlərinə diqqət yetirən kişilərin müsbət cəhətləri var və onlar aşağıdakılardır: 1. Göstərişli xarici görkəm. Razılaşın ki, təmiz və səliqəli bir insanla söhbət etmək insana xoş gəlir. 2. Özlərinə diqqət yetirən kişilər qadınlar arasında uğur əldə edirlər. Hətta qlamur qadınlar onlara diqqət yetirirlər. Əgər qadınlar bunu sevirlərsə, bunu etməyə dəyər. 3. Özünəinam artır. Belə kişilər insanlara maraqlı olur və bununlada “mən” hissiyatı yüksəlir. Bu bəlkə də, o qədər pis hal deyil… Buna baxmayaraq, bu halın mənfi cəhətləri də var: 1. Özünə çox diqqət yetirən kişi ətrafdakılara və hətta qadınlara az fikir verməyə başlayır. Bu, razılaşın ki, heç də yaxşı hal deyil. 2. Bəzən, az gəliri olan kişilər daha yaxşı geyinmək istədiyindən, büdcələrinə uyğun olmayan alış-veriş edirlər ki, bu da onlarda müxtəlif borcların yaranmasına gətirib çıxardır. 3. Həftəlik solariy, kosmetoloji ziyarətlər və sair nəticədə “kişiliyin” itməsinə gətirib çıxarda bilər. Hər bir halda “qızıl orta”nı tapmaq daha məsləhətlidir. Nə çox, nə az – bunun çarəsi budur.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 679
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN