SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Almalı parfe resepti

whatsappda paylaş Whatsapp-la göndər
Almalı parfe resepti
Tərkibi: 3 su stəkanı alma (rəndələnmiş) 1 (75 qr) çay stəkanı şəkər 3 xörək kaşığı limon suyu 1 xörək qaşığı qarğıdalı unu 3 xörək qaşığı su 1 çay stəkanı qoz (iri doğranmış) 1 ədəd limonun qabığı (incə rəndələnilmiş) 1 paket sadə krem şanti 1 (200 ml.) su stəkanı süd 8-10 ədəd peçenya Hazırlanması: Almaların qabıqlarını soyub, rəndələyin. Qaralmasına icazə vermədən, şəkər, limon suyu, qarğıdalı unu və su ilə birlikdə, orta atəşdə almalar yumuşalana qədər, qarışdıraraq bişirin. Qarışığı bir kasaya qoyun və yaxşıca soyuyana qədər saxlayın. 1 Su stəkanı soyuq süd ilə krem şantini hazırlayın. Krem şantinin içinə, qoz, limon qabığı rəndəsi və qaynadılmış almalı qoyun, yaxşıca qarışdırın. Peçenyaları südə batıraraq isladın və qəlibin alt hissəsinə düzün. Üzərinə krem şantinin yarısını yayın. Bir sıra daha, yenə südə batıraraq peçenyaları düzün. Üzərinə qalan şantili qarışığı yayın. Üzərini örtərək, 1 saat qədər soyuducunda saxlayın, daha sonra dərin soyuducunun buzluğuna qoyun. Ən az bir gecə buzluqda saxladırdan sonra, istədiyiniz zaman süfrəyə təqdim edə bilərsiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 280
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN