SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Müqəddəs 7 rəqəminin sirri

whatsappda paylaş Whatsapp-la göndər
Müqəddəs 7 rəqəminin sirri
Bir çox ölkələrdə «7» rəqəmi müqəddəs hesab olunur. Hələ qədim zamanlarda Vavilon və Misir filosofları 7 rəqəmini 3 və 4 rəqəmlərinin cəmi, yəni 3 rəqəmini onlar üçün ən əziz olan ana, ata və övlad, 4 rəqəmini isə qütb istiqamətləri kimi qəbul edirdilər. Təbiətdə «7» ilə bağlı bir çox hadisələr var. Səma 7 qatdan ibarətdir. Göy qurşağı 7 rəngdir. Həftədə 7 gün, dünyada 7 möcüzə var. Müqəddəs Kəbənin ətrafı 7 dəfə təvaf edilir (dolaşılır). Üzdə 7 əsas orqan var. Notların sayı 7-didir və.s. Sözsüz ki, müqəddəs "Quran"da da yeddi sayının işlənmə yeri və ifadə anlamı az deyil: "yeddi göy", "yeddi gecə", "yeddi gün", "yeddi yol", "yeddi dəniz", "yeddi inək" və s. Ümumiyyətlə, yeddinin göy-səma, yer - torpaqla bağlılığına etiqad çox-çox mənbələrdə özünə yer tapmışdır. Bu mənbələrdə, bir qayda olaraq, göyün yeddi qatdan, yerin yeddi iqlimdən ibarət olduğu bildirilir. Həm də deyilir ki, Tanrı göyün hər bir qatını, yerin də hər bir iqlimini yeddi günə yaratmışdır. Və hətta Tanrının ilkin olaraq insanları da yeddi nəfərdən ibarət xəlq etdiyi söylənilir. Bildirilir ki, Tanrı yaratdığı birinci insanı bəyənməmiş və bu səbəbdən təzədən yeddi nəfər xəlq etmişdir. Sonrakı insan nəsli də elə bu yeddi nəfərdən törəyib çoxalmışdır. Böyük ayı 7 ulduzludur. Skif məişətində də Böyük Ayı bürcünün himayəçi, qardaşlıq, əbədi eşq bəxş edən simvol bildirməsi düşünülmüşdür. Bu da onlarda yeddi sayının müqəddəs sayılmasından xəbər verir. Qurani-Kerimdə «7» rəqəminə xüsusi yer verilmişdir: * Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir! * Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ihramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq üç gün oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. Bu (ümrə ziyarəti) ailəsi Məscidülhəramda (Məkkədə və ətrafında) sakin olmayanlara aiddir.Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir. * Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir və hər şeyi biləndir. * Bir gün padşah Misir padşahı buyurdu: "Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm. Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!" * (Zindandakı) iki (cavan) oğlan (edamdan) xilas olandan (şərabpaylayan) bir neçə müddətdən sonra (Yusifi) xatırlayıb dedi: "Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (zindana - Yusifin yanına) göndərin!" (Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) "Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. (Bir bunun mə’nasını mənə izah elə). Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mə’nasını) bilsinlər!" (Yusif) belə cavab verdi: "Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın. Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 604
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN