SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Bağırsaqlar üçün ən faydalı 5 məhsul

whatsappda paylaş Whatsapp-la göndər
Bağırsaqlar üçün ən faydalı 5 məhsul
İnsanın ümumi sağlamlığında bağırsaqların sağlamlığı böyük rol oynayır. Bağırsaqlarda orqanizmə daxil olan qidalı maddələrin sovrulması prosesi baş verir. Orqanizmin normal fəaliyyəti üçün ona çoxlu sayda müxtəlif maddələr lazımdır - zülallar, karbohidratlar, vitaminlər, minerallar və s. Bu maddələrin çatışmamazlığı bir çox xəstəliklərin və pozulmaların inkişafına təkan verir. Sizə bağırsaqlar üçün ən faydalı 5 məhsul təqdim edirik: - Buğda kəpəyi. Bağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır. - Çuğundur. Bu tərəvəz bağırsaqlar üçün ən faydalı sayılır. Bərk qidalı liflərlə zəngin olan çuğundur bağırsaqları təmizləyır, disbakteriozu müalicə etməyə kömək edir. - Qoz. Yeni elmi araşdırmalar göstərib ki, qoz düz bağırsağın xərçəng xəstəliyinin riskini azaldır. - Kefir. Bu məhsul bağırsaqlarda çürümə prosesləri azaldır, mikrofloranın bərpasına kömək edir. - Bal. Güclü iltihab və mikrob əleyhinə, yarasağaldan təsirə malik olan bal bağırsaqların selikli qişasına müsbət təsir edir.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 274
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN