SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Səhər ac qarına içsəniz

whatsappda paylaş Whatsapp-la göndər
Səhər ac qarına içsəniz
Səhər yuxudan oyananda bədənimizin enerjiyə ehtiyacı olur. Enerji toplamağın fərqli üsulları olsa da, iştah açıcı yolları da var... Qadınlar.biz onlardan ikisini təqdim edir. Limon və kəklikotulu buzlu çay: Bu limonlu və kəklikotulu buzlu çay səhərlər sizi özünüzə gətirib metabolizmanızı sürətləndirir və güc verir. Lazım olan ərzaqlar: 5 budaq kəklikotu 1 ədəd darçın çubuğu 2 limon 3 ədəd paket çay 6 stəkan su Zövqə görə şəkər Hazırlanma qaydası: Limonun qabığını rəndələyin, suyunu sıxın. Bir qazana suyu tökün. Ədviyyatları, limon suyunu və limon qabığı rəndəsini əlavə edib, orta odda kaynadın. Qaynamağa başlayandan ocaqdan götürün. Paket çayları və istədiyiniz miqdarda şəkəri də əlavə edib, 5 dəqiqəyə dəmləyin. Dəmlənəndən sonra paket çayları götürün və otaq temperaturunda 1 saat soyudun. Süzgəclə içkini süzüb, soyuducuya qoyun. Soyuduqdan sonra içkiniz hazırdır. Nanəli isti şokolad Bu içki çox dadlı olması ilə yanaşı, həm də faydalıdır. Səhər acqarına içsəniz, sizi canlandıracaq. Lazım olan ərzaqlar: 1 fincan yarım süd 1 fincan yarım qaymaq 170 qr bitter şokolad 1 xörək qaşığı şəkər 1 fincan nanə yarpağı Zövqə görə karamel, çalınmış qaymaq Hazırlanma qaydası: Süd, qaymaq, şəkər və nanə yarpaqlarını bir qazana töküb, orta odda qarışdırın. Qaynayandan ocaqdan götürün. Qapağını bağlayıb 10 dəqiqə gözləyin. Nane yarpaqlarını təmizləək üçün süzgəclə süzün. Daha sonra şokoladı kiçik parçalara ayırıb südlü qarışımın içinə atın. Orta odda şokolad əriyənə qədər qarışdırın. Ocaqdan götürüb köpüklənənə qədər mikserlə çırpın. Stəkanlara tökün və çalınmış qaymaq, nanə yarpaqları, yaxud karamellə istədiyiniz kimi bəzəyin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 269
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN