SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ronaldo sadiqliyi

whatsappda paylaş Whatsapp-la göndər
Ronaldo sadiqliyi
Christiano Ronaldo: “Mən öz uğurumu uzun illərdir dostluq etdiyim Albert Fantrau-ya borcluyam. Biz onunla gənclər komandasında oynayırdıq. Sportinq klubundan bizim oyunumuza baxmağa gəldikdə mənə və Albertə “Kim daha çox qol vurarsa onu özümüzlə aparacağıq” dedilər. Biz o oyunu 3-0 qələbə ilə bitirdik. İlk qolu soldan keçərək mən, ikinci topu isə Albert baş zərbəsi ilə qapıya göndərdi. Üçüncü qol isə hamını heyrətləndirmişdi. Albert qapıçı ilə təkbətək çıxdı. Mən onunla bərabər qaçırdım. O qapını keçdi və lazım olan tək şey topu qapıya göndərmək idi. Lakin o topu mənə ötürdü, mən isə boş qapıya göndərdim. Məni Sportinq klubuna qəbul etdilər. Oyundan sonra Albertə yaxınlaşdım və soruşdum: “Niyə?”. O isə “Chris, sən məndən daha yaxşısan!” – dedi və getdi. Jurnalistlər deyilənlərin doğruluğunu yoxlamaq üçün Albertin evinə yollanmışdı. O hadisəni təsdiq edir və bildirir ki, onun futbolçu karyerası o andan etibarən bitir və o hazırda işsizdir. -Bəs elə isə, belə dəbdəbəli ev, maşın haradandır? Siz lazım olan hər şeylə təmin olunmusunuz. Bütün bunlar haradandır? Albert qürurla cavab verir: -Bütün bunları Ronaldo edib!
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 174
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN