SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Ənginarlı və toyuqlu pide

whatsappda paylaş Whatsapp-la göndər
Ənginarlı və toyuqlu pide
Vəsaitlər Xəmir üçün 1 çay stəkanı əridilmiş kərə yağı 1 çay stəkanı duru yağ 2 yumurta (1 dənəsinin sarısı üzərinə ayrılacaq) 1 paket qabartma tozu 1 su stəkanı ilıq qatıq Duz Ala bildiyincə un İçi üçün 250 qr toyuq əti 2-3 qaynadılmış enginar 1 soğan 1 pomidor 1 yaşıl bibər Duz Qara bibər Qırmızı toz bibər Hazırlanması Toyuq ətlərini, enginarı və pomidorları kub şəklində doğrayın. Soğanı mdoğrayıb yağda çəhrayılaşana qədər qovurun. Ətləri əlavə edib bir neçə dəqiqə yüksək odda qarışdırın. Pomidor və incə doğranmış bibərləri əlavə edərək ətlər yumşalana qədər bişirin. Enginarları, duz və ədviyyatları əlavə edərək bir neçə dəqiqə daha bişirin. Soyumağa buraxın. Kərə yağı, duru yağı, duz, yumurta və qatığı bir qabda yaxşıca qarışdırın. Bir az un ələyin, qabartma tozunu əlavə edin və yoğurun. Unu əlavə edin. Xəmiri 15-20 dəqiqə istirahət etdirin. Xəmirdən kiçik parçalar alıb yüngül açın. Toyuqlu içdən xəmirin ortasına uzunlamasına yerləşdirin və kənarlardan qatlayaraq pide şəkli verin. Kənarlarına 1 yemək qaşığı duru yağ əlavə olunmuş yumurta sarısını çəkin. 180 dərəcə sobada qızarana qədər bişirin. Sobadan çıxınca pidelərin kənarlarına kərə yağı çəkin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 191
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN