SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Gilas saplaqları arıqladır və orqanizmi təmizləyir

whatsappda paylaş Whatsapp-la göndər
Gilas saplaqları arıqladır və orqanizmi təmizləyir
Gilas saplaqları xalq təbabətində müalicəvi vasitə kimi qədim zamanlardan geniş istifadə olunur. Gilas saplaqlarının faydaları arasında: - sidikqovucu təsirə malikdir - ödemləri azaldır - ağciyərləri selikdən və mikroblardan təmizləyir - qanda "pis" xolesterinin səviyyəsini aşağı salır - orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar və s.) təmizləyir - böyrkləri, sidik kisəni yaxşı təmizləyir - arıqlamağa kömək edir. Gilas saplaqları atmayın, qurudun və profilaktik və müalicəvi vasitə kimi istifadə edin. Sizə gilas saplaqları əsasında çox faydalı dəmləmələr reseptlərini təqdim edirik. - Axşamdan 1 ovuc saplaqların üzərinə 1/2 l isti su tökün və səhərə qədər saxlayın. Səhər dəmləməni vam odda qızdırın və 1-2 dəqiqə qaynadın. Dəmləməni soyudun, süzün və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə. Sonra 1 həftə fasilə verin və yenə təkrarlayın. - Axşamdan termosda 1 ovuc gilas saplaqları və 1 x.q. itburnu 1/2 l qaynar suda dəmləyin. Səhər dəmləməni yaxşı süzün və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə. - Qara çayın dadını yaxşılaşdırmaq və daha faydalı etmək üçün çay dəmlədikdə çaydana gilas saplaqları əlavə edin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 323
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN