loading...

Dərinizi cəfəri ilə yeniləyin

whatsappda paylaş Whatsapp-la göndər
Dərinizi cəfəri ilə yeniləyin
Süfrələrimizdən əksik olmayan cəfəri əslində dərimiz üçün də çox faydalıdır. Bunun üçün müxtəlif maskalar, detoks içkiləri var ki, dəriyə çox yaxşı təsir edir. Biz də sizin üçün cəfəridən dərinizə faydalı olacaq maska resepti təqdim edirik. Xüsusilə də, qış aylarında dəri quruluğundan şikayət edənlər üçün bu maska "göydəndüşmə”dir. Lazım olanlar Cəfəri – 2 ovuc Süzülmüş su – 1 fincan Bal – 1 x.q. Yumurta sarısı – 1 ədəd Hazırlanması Cəfərini suda 15 dəqiqə qaynatdıqdan sonra süzün. Bu su soyuduqdan sonra balı, qarışdırılmış yumurtanı da suya əlavə edib qarışdırın. Üzünüzə bu maskanı fırça köməyi ilə çəkin və 15 dəqiqə gözləyin. Sonra isə ilıq su ilə yuyun. Nəticədə dəriniz parlaq və təravətli olacaq.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Gigiyena
Baxış sayı: 269
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN