SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Gavalının sağlamlıq üçün faydaları

whatsappda paylaş Whatsapp-la göndər
Gavalının sağlamlıq üçün faydaları
Gavalı çox faydalı meyvədir. Gavalı bir çox vitaminlər (A, B qrupu, P), minerallar (kalium, kalsium, ftor, maqnezium, sink, yod, mis, sink), qidalı liflər, orqanik turşularla zəngindir. Gavalı insan sağlamlığına çox müsbət təsir edir. Meyvənin faydaları arasında: - "kumarin" maddələrlə zəngin olan gavalı damarları genişləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır. - gavalı həmçinin P vitamini ilə zəngindir. Bu vitamin damarların sağlamlığı və elastikliyi üçün çox vacibdir. Gavalı damarları möhkəmləndirir, qan təzyiqinin tənzimləsinə kömək edir. - qəbizlik zamanı müalicəvi təsir göstərir - bağırsaqların fəaliyyətini yaxşılardırır, bağırsaqları təmizləyir. Qəbizlik zamanı qara gavalı və qara gavalı qurusu müalicəvi məhsul kimi çox geniş istifadə olunur - gavalı orqanizmi ziyanlı maddələrdən təmizləyir, qanda xolesterinn səviyyəsini aşağı salır, aterosklerozun profilaktikasında istifadə olunur. - sidikqovucu təsirə malik olan gavalı böyrəklər üçün çox faydalıdır. - gavalı kaliumla olduqca zəngindir. Bu mineral ürək əzələsinin normal fəaliyyəti üçün çox vacibdir. Hipertoniya və ürək xəstəliklərindən əziyyət çəkənlər tez-tez gavalı və gavalı qurusu yeməlidir. - gavalı maddələr mübadiləsi proseslərinə müsbət təsir edir. - gavalı ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azalıdır. - gavalı podaqra və revmatizmdən əziyyət çəkənlər üçün faydalıdır. - "antosian" maddələrlə zəngin olan gavalı xərçəngəleyhinə təsirə malikdir. - immuniteti möhkəmləndirir. - sinir sistemi üçün faydalıdır. - qanın tərkibini yaxşılaşdırır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 404
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN