SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Fransız tortu resepti

whatsappda paylaş Whatsapp-la göndər
Fransız tortu resepti
Tərkibi: Xəmir: 4 yumurtanın ağı 1 stəkan şəkər tozu 4 x/q. bal 1/2 ç/q. sirkədə söndürülmüş soda 150 q ərinmiş kərə yağı 2,5 stəkan un Krem: 2 stəkan 30%-li xama 4 yumurtanın sarısı 1 stəkan şəkər pudrası 300 qr yumşaq kərə yağı 1 x/q. alkoqol (konyak, viski, rom) İç: 300 qr qara gavalı 1 stəkan xırdalanmış qoz Hazırlanması: Yumurta ağlarını bir çimdik duzla ağarıncayadək çalın. Şəkər tozu, bal, sirkədə söndürülmüş soda, kərə yağı əlavə edib yenə çalın. Tədricən ələnmiş unu əlavə edib qaşıqla qarışdırın. Xəmiri 3 yerə bölün. Bir hissəsini perqament döşənmiş formaya qoyub hamarlayın. 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Digər korjları da eyni qayda ilə bişirin. Krem: kərə yağını yumurta sarıları və şəkər pudrası ilə çalın, tədricən xamanı və alkoqolu əlavə edin. Qara gavalını öncədən isladın, sonra süzüb xırda doğrayın. Bir korjun üzərinə qalın lay krem çəkin, qara gavalı və qoz səpin. İkinci korju da qoyub prosesi təkrarlayın. Üçüncü korju qoyun, üstünə və kənarlarına krem çəkin, kənarlarına yalnız qoz vurun, üstünə isə qozla gavalı səpin.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 296
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN