SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Bol çiyələkli piroq resepti

whatsappda paylaş Whatsapp-la göndər
Bol çiyələkli piroq resepti
Tərkibi (8 pay): korj: 110 q kərə yağı 3 x.q. şəkər tozu 150 q un iç: 500 ml su 350 q şəkər tozu 6 x.q. qarğıdalı nişastası 170 q çiyələkli jele 2 kq təmizlənib yuyulmuş çiyələk Hazırlanması: Kərə yağı, şəkər tozu və unu qarışdırıb ovun. Odadavamlı qabın içinə əlinizlə bərabər yayın. 190 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə, kənarları qızaranadək bişirin. Sobadan çıxarıb otaq temperaturunadək soyudun. Su, şəkər tozu və qarğıdalı nişastasını qarışdırıb ocağın üzərinə qoyun, qarışdıraraq bişirin, qaynara düşəndən sonra qarışdırmağı dayandırmadan qatılaşanadək bişirin, ocaqdan götürün. Çiyələk jelesini əlavə edib tam əriyənədək qarışdırın. Otaq temperaturunadək soyudun. Çiyələyi əlavə edin. İçi hazır korjun üzərinə əlavə edib donması üçün soyuducuya qoyun. Süfrəyə çalınmış qaymaqla verə bilərsiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 170
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN