SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Yaxşı olan münasibətinizə zərər verməmək üçün səhvlərdən qaçın

whatsappda paylaş Whatsapp-la göndər
Yaxşı olan münasibətinizə zərər verməmək üçün səhvlərdən qaçın
Qurdalamağı buraxın Partnerinizle bağlı bir şeyi onun xəbəri olmadan qarışdırmaqdan imtina edin. Bir əlaqəyə ən çox zərər verən şey etibarsızlıqdır. Birlikdə olduğunuz adamın e-mailini gizlicə oxumayın, cib telefonuna baxmayın. Sevgilinizin internetdəki keçmişinə baxmayın. Sevgilinizin Instagramda hansı şəkilləri bəyəndiyini araşdırmaqdan imtina edin. Ayrıca, bir qadının çantasının əsla qarışdırılmaması lazım olduğunu da ağlınızdan çıxarmayın. Bir şey sizə aid deyilsə, uyğun gəlməniz lazım olan sadə bir qayda var: Ona toxunmayın. İnamsızlıq inamsızlığı doğurar. Əgər münasibətdə olduğunuz biri varsa, birlikdə olduğunuz bu adama inanın. Sevgilinizin sizinlə könül əyləndirdiyini düşünürsünüzsə ya da ona inanmırsınızsa, etməniz lazım olan şey bu əlaqəni davam etdirmək üçün sizi motivasiya edən şeyləri və inam mövzusunu nəzərdən keçirmək. Köhnə sevgililərinizin etdikləri səhvlər üzərindən, yeni sevgilinizi mühakimə etməyin və onu cəzalandırmayın. Qısqanclıq etməkdən imtina edin Partnerinizin birlikdə olduğu adam sizsiniz, deyilmi? Partneriniz nə vaxt bir axşamı dostlarıyla çöldə keçirmək istəsə, ya da iş yoldaşlarından biriylə günorta yeməyinə çıxsa, qısqanclıq etsəniz, başqa birinin olma ehtimalı ortaya çıxdığında sizinlə sağlam bir ünsiyyət qurma yolunu ona bağlamış olarsınız. Sakit olun. İnamsızlıq hisslərinizi idarə altında tutun. Sevgilinizi qısqanırsınızsa, sevgilinizə onu qısqandığınızı söyləyin və bunun səbəblərini şərh edin. Bir əlaqədə sağlam ünsiyyət qurmanın çox böyük əhəmiyyətə sahib olduğunu siz də görəcəksiniz. Sevgilinizin həyatda ehtiyac hiss etdiyiniz tək şey olduğu düşüncəsindən uzaq olun Birini həyatda ehtiyacınız olan hər şey kimi görmək, ona belə bir əhəmiyyət vermək çox gözəl, çox romantik, çox poetik amma gerçəkdə vəziyyət belə olsaydı, nəticə fəlakət ola bilərdi. Çünki bütün xoşbəxtliyinizi həyatdakı ən kövrək və dəyişən bir varlığa bağlamış olacaqdınız, yəni başqa bir insana. Cütlüklərin bir-birlərində boğulmamağa diqqət etmələri lazımdır. Bütün xoşbəxtliyinizin qaynağı olaraq bir adamı görmək həqiqi və ədalətli olmamaqla birlikdə eyni zamanda təhlükəli də. Başqa bir kimsənin çiyinlərinə bundan daha böyük bir yük yükləyə bilməzsiniz. Partnerinizin də sizin də əlaqəniz xaricində başqa maraq sahələri və ayrı həyatları olsun. Eyni şeyləri sevmək məcburiyyətində deyilsiniz. Niyə elə olsun ki? Birinin bir şeyi sevməsini eyni şeyi sevmədən də təqdir edə bilərsiniz. Ortaq maraq sahələriniz və istəklərinizin olması əlaqəniz üçün əhəmiyyətli olsa da, hər şeyi birlikdə etmək məcburiyyətində deyilsiniz. Siz kimsəniz o olmağa davam edin, onsuz da partnerinizin aşiq olduğu halınız da o halınızdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Maraqlı
Baxış sayı: 130
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN