SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Soyuq yoxsa isti su içmək daha faydalıdır?

whatsappda paylaş Whatsapp-la göndər
Soyuq yoxsa isti su içmək daha faydalıdır?
Orqanizmimizin düzgün işləməsi üçün hər gün müəyyən miqdarda su içməli olduğumuz hər kəsə məlumdur. Amma bir fikir həmişə insanları maraqlandırır ki, içdiyimiz su soyuq yoxsa isti olmalıdır? Suyun necə içilməsi barədə bir çox fikirlər mövcuddur. Əsasən də, pəhrizdə olanları bu məsələ daha çox maraqlandırır. Biz də, sizə kömək və faydalı olacağını düşünüb sizin üçün bu barədə kiçik araşdırma etdik. Soyuq suyun daha çox kalori yandırdığı kimi fikirlər də var. Bu fikrə görə, bədənimiz soyuq suyu öz istiliyinə (37 dərəcə) gətirmək üçün enerji xərcləyir və bu da daha çox kalori itirilməsi anlamına gəlir. Amma bir araşdırmanın nəticəsinə görə, soyuq su içənlərlə isti su içənlər arasında kalori itirmək baxımından elə də çox fərq yoxdur. Bəs içdiyimiz suyun hansı istilikdə olması kilo atmağımıza nə dərəcədə təsir edir? İsti su içməyin faydaları İsti su həzm sisteminin düzgün işləməsinə və qəbizliyə yaxşı təsir edir. Xüsusilə də, səhərlər ac qarnına bir stəkan isti su içmək həzmi sürətləndirir. İsti su toksinlərin bədəndən tez çıxmasına kömək olur. Sızanaq kimi dəri problemlərinə də yaxşı təsir edir. İsti su tənəffüs yollarının açılmasına da kömək edir. İsti suyun ən vacib faydalarından biri də orqanizmdəki qanın hərəkətini sürətləndirərək ağrıları azaldır. O daha çox oynaq ağrılarına yaxşı təsir edir. Soyuq suyun faydaları Soyuq su infarkta qarşı insanı müdafiə edir. Xüsusilə də, yaz-yay aylarında soyuq su içmək orqanizmi təmizləyir, isti vurmasından qoruyur. Soyuq su isti suya nisbətən mədədə daha az qalır və orqanizm tərəfindən daha yaxşı həll olunur. Soyuq su həm də, isti suya nisbətən metabolizmanı daha da sürətləndirir və buna görə də, çəki itirməyə kömək edir. Hansı sizə daha çox faydalıdır? Hər gün mütləq 2-2.5 stəkan su içmək və bunu vərdiş halına gətirmək lazımdır. Su içmək üçün susamağı gözləməyin. Çünki orqanizmin su itirməyi bizim gözlədiyimizdən də çoxdur. Su içməyin faydaları isə daha çoxdur. Mütəxəssislərin fikrincə, həzmi yavaşladan soyuq suyu yeməklərlə birlikdə içmək faydalı deyil. Buna görə də, otaq istiliyində su içmək daha faydalıdır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 276
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN