SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Tərəvəz marinadlı balıq qızartması

whatsappda paylaş Whatsapp-la göndər
Tərəvəz marinadlı balıq qızartması
Tərkibi: 500 q balıq (ağ balıq, xek, treska) 2 yerkökü 1 baş soğan 30 q tomat pastası 30 q kərəviz kökü 1-2 ç.q. şəkər tozu 2 x.q. alma, yaxud üzüm sirkəsi un (balığı batırmaq üçün) qızartmaq üçün bitki yağı 1 dəfnə yarpağı 1/5 ç.q. darçın 3 mixək 5 dənəvər qara istiot duz Hazırlanması: Yerkökünü təmizləyib sürtgəcin iri gözündən keçirin (yaxud koreya üsulu yerkökü üçün olan sürtgəcdən). Kərəvizi də təmizləyb sürtgəcdən keçirin, yerköküylə qarışdırın. Soğanı təmizləyib yarımhalqa doğrayın, ayrı qaba yığın. Tavanı orta itilikli ocağın üzərinə qoyun, azca yağ töküb soğanı şəffaflaşanadək qovurun. Yerköküylə kərəvizi əlavə edin, 10 dəqiqə qovurun. Soğan açıq-sarı rəngdə olmalıdır. Tomat pastası əlavə edib daha 7-10 dəqiqə bişirin. 2 st. qaynanmış isti su, sirkə, istiot, darçın, mixək, şəkər tozu və duz əlavə edin. 15-20 dəqiqə bişirin, sonra dəfnə yarpağını salın. Marinad hazır olanadək balığı qızardın. Balığı doğrayın, qabırğa sümüklərini çıxarıb atın, duzlayın, una batırın. Tavanı orta itilikli odda qızdırın, azca yağ töküb balıq tikələrini hər iki üzü qızılı rəng alanadək qızardın. Qızarmış tikələri marinad olan tavaya düzün, çəngəllə üstündən basıb “batırın”. Tavanı vam ocağın üstünə qoyun, qapağını örtün, 10 dəqiqə bişirin. Sonra ocağı söndürün. 10-15 dəqiqə saxlayın. Süfrəyə bişmiş kartof, kartof püresi, düyü və ya qarabaşaq dəmləməsi ilə verə bilərsiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 204
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN