SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Təəccüb yaradan psixoloji xəstəliklər

whatsappda paylaş Whatsapp-la göndər
Təəccüb yaradan psixoloji xəstəliklər
OTHELLO SİNDROMU Bu narahatlıq, adamın sevdiyi birini xəstəlik dərəcəsində qısqanması vəziyyəti olaraq ifadə edilir.Yoldaşının və ya sevgilisinin sadiq olmadığı düşüncəsinə qapılan kəslər, başlarında qurduqları ssenaridə xəyanətə uğradıqlarının düşünüb birlikdə olduqları kəslərə zərər verə bilir. NARAHAT QIÇ SİNDROMU Sıx görülən narahatlığı yaşayanlar ümumiyyətlə yatağa girib hərəkətsiz qaldıqlarında qıçlarında fərq etdikləri, ancaq tam olaraq tərif edə bilmədikləri narahatedici hisslərə qapılır. "Baldırlarım ağrıyır", "Qıçlarıma bir şeylər batır", "Yanır" kimi çox fərqli şəkillərdə şikayətlərini təsvir edərkən bu hisslərin bütünü istirahət halında ortaya çıxıb, hərəkət ilə itir. Bu narahatlıq yuxusuzluğa və buna bağlı yorğunluq, diqqət və konsentrasiyada azalma və şəxsiyyət dəyişikliklərinə səbəb ola bilir. OLFAKTÖR İSTİNAD SİNDROMU Ətrafına dözülməz ölçüdə pis bir qoxu yaydığına inanan adam, bədən qoxusuyla həddindən artıq məşğul olarkən və bundan ötəri özlərini günahlandırır. Gerçəkdə var olmayan bir qoxu üçün tez-tez ətraflarından üzr istəyən kəslər, dişlərini fırçalayaraq və ya tez-tez paltar dəyişdirərək qoxudan xilas olacaqlarını düşünürlər. CAPGRAS SİNDROMU Bu sindromun başlıca xüsusiyyəti, adamın ətrafındakıların gerçək olmadığına, başqalarının onların yerinə keçdiyinə inanması olaraq təyin olunur. Qadınlarda bir az daha çox görülən bu sindrom sanısal pozğunluqlardan biri olaraq təsnif edilə biləcəyi kimi şizofreniyanın bir əlaməti olaraq da görülə bilir. Xəstə, özünü olduqca kompleks bir sui-qəsdin içində hiss edir və ətrafındakıların fərqində olmadan dəyişdirildikləri düşüncəsinin narahatlığını yaşayır.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 224
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN