SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Hamilə qalmağa dair 10 ən faydalı məsləhət

whatsappda paylaş Whatsapp-la göndər
Hamilə qalmağa dair 10 ən faydalı məsləhət
Hamilə qalmaq üçün məsləhətlər Bu bölmədə, körpənizi dünyaya gətirmək qərarını verdikdən sonra, siz və partnyorunuz üçün hamilə qalmaq şansınızı artıracaq və bədənizi hamiləliyə hazırlayacaq 10 məsləhət verilmişdir. 1. Hər gün 400 mkq fol turşusu əlavəsi qəbul etməklə başlayın. Fol turşusu körpənin sinir borusu qüsuru ilə doğulmasının qarşısını alır. Sinir borusu beyinlə onurğanı birləşdirir və mayalanmadan 16-18 gün sonra formalaşmağa başlayır. Əgər normal formalaşmasa, spina bifida (ikili onurğa) kimi qüsurlar ola bilər. Fol turşusu və hamilə qalmaq haqqında ətraflı məlumatı burada oxuyun. 2. Hamiləlikdən öncə sağlam pəhriz saxlayın. Müxtəlif qidalar qəbul etmək sağlam hamiləliyə hazırlaşmaq üçün sizə lazımi qidalandırıcıları təmin edəcək. Siz və partnyorunuz gündəlik olaraq tərəvəz, meyvə, yağsız protein və taxıl növləri daxil olmaqla müxtəlif növ sağlam qidalar yeməlisiniz. Əvvəlcədən hazırlanmış və qızardılmış qidaları qəbul etməyin və şəkərin miqdarını azaldın. Hamiləlikdən öncə sağlam pəhrizin​ əhəmiyyəti haqqında burada oxuyun. 3. Sağlam çəki əldə edin. Həddindən artıq az və ya çox çəkidə olmağınız hamilə qalma ehtimalınızı azalda bilər, buna görə də sağlam çəkiyə nail olmağa çalışın. Həddindən artıq çəkidə olmağınız, hamiləlik ərzində yüksək qan təzyiqi və şəkər xəstəliyinin yaranmasına səbəb ola bilər. 4. Siqaret çəkməyi dayandırın Siqaret çəkmək hamilə qalmaq imkanlarınızı azaltmaqla yanaşı doğulmamış körpənizin sağlamlığına təhlükə yarada bilər. Siqaret çəkənlərin uşaqsalma və ya erkən doğum ehtimalları daha çoxdur və onların körpələrinin aşağı çəkidə doğulması, ani körpə ölümü sindromu (SİDS) və körpələrin ilk 6 aylıq həyatında tənəffüs problemləri yaşama təhlükəsi artır. Siqaret çəkmək, həmçinin, kişilərə də təsir edə bilər, buna görə də, partnyorunuzu da siqareti tərgitməsini təşviq edin. Dostlarınızdan və ailənizdən ətrafınızda siqaret çəkməməyi xahiş edin, çünki ikinci əl siqaret də zərərli ola bilər. 5. Spirtli içki qəbulunu məhdudlaşdırın Əgər hamilə qalmağı planlaşdırırsınızsa, spirtli içki qəbulunu tamamilə dayandırın və ya minimuma endirin. Hamiləlik zamanı spirtli içkilər ümumiyyətlə istifadə olunmamalıdır. Həddindən artıq spirtli içkinin sperma keyfiyyətinə təsir etdiyini nəzərə alaraq, kişilər də spirtli içki qəbulunu azaltmalıdırlar. 6. Bütöv sağlamlıq müayinəsindən keçin Məxmərək və toksaplazmoz kimi bəzi xəstəliklər hamilə qadınlar üçün xüsusilə təhlükəlidir. Buna görə də, əgər hamilə qalmağı planlaşdırırsınızsa, bunu həkiminizə bildirin ki, o sizi hamilə qalmazdan əvvəl əsas analizlərdən keçirsin. Əgər siz müntəzəm olaraq dərman qəbul edirsinizsə və ya mövcud tibbi narahatlığınız varsa, sizə əlavə qulluq lazım ola bilər. Cinsi yolla keçən xəstəliklər də hamilə qalma imkanlarınızı azalda bilər. Bu xəstəliklərdən bəzilərinin əlamətləri yoxdur. Buna görə də, təhlükə olduğunu düşünürsünüzsə analiz verməyiniz ən yaxşı üsuldur. Hamilə qalmaq qərarı verdikdən dərhal sonra məsləhət üçün həkiminizlə əlaqə saxlayın. 7. Rahat olun Stress istəyi ciddi dərəcədə azalda bilər, bu da o deməkdir ki, siz və partnyorunuzun cinsi əlaqədə olmaq üçün əhval ruhiyəsi az olacaq. Ciddi stress, həmçinin, sperma ifrazını azalda bilər, buna görə də hər gün vaxt ayırıb istirahət edin. Sakitləşdirici masaj, bir neçə dəqiqə meditasiya və ya kitab oxuma sakitliyi qorumağa kömək edə bilər. 8. Müntəzəm olaraq idmanla məşğul olun Müntəzəm olaraq idmanla məşğul olma çəkini saxlamağa və stressi azaltmağa kömək edir. Formada olmaq hamiləliyin və doğuşun fiziki tələblərini yerinə yetirməyə kömək edir. 9. Dar şalvarlar geyinməyin Bu kişilər üçün vacibdir! Ən keyfiyyətli spermanı ifraz etmək üçün, yumurtalıqların istiliyi bədən tempraturundan aşağı olmalıdır. Buna görə də, kişi məhsuldarlığını artırmaq üçün boş alt paltarları və şalvarlar geyinin, isti vanna və duş qəbul etməyin, notbukları ayaqlarınızın üstünə, mobil telefonları şalvarın qabaq ciblərinə qoymayın. 10. Müntəzəm olaraq cinsi əlaqədə olun Hamilə qalmaq, hər ay əlverişli vaxtı tutmaq üçün hər iki-üç gündən bir cinsi əlaqədə olun. Gün ərzində və ya ovulyasiya ərzində hamilə qalma imkanlarınızın yüksək olmasını nəzərə alaraq, tez - tez cinsi əlaqədə olmağınızdan narahat olmayın.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Hamiləlik
Baxış sayı: 25594
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

  • BİZİ FACEBOOKDA İZLƏYİN