loading...

Narlı-badamlı quzu qovurması

whatsappda paylaş Whatsapp-la göndər
Narlı-badamlı quzu qovurması
Tərkibi: 500 q quzu əti duz istiot 1 soğan 0,5 st. zeytun yağı 1 x.q. tomat pastası 1 st. nar dənəsi 1 x.q. un 0,5 st. isti su 1 st. qabığı soyulmuş badam cəfəri Hazırlanması: Quzu ətini quşbaşı doğrayın. Duz, istiot vurun. Soğanı xırdalayıb zeytun yağında qovurun. Tomat pastası, ət və narı əlavə edib un səpin. Ətin rəngi dəyişənədək qovurun. Qaynar suyu əlavə edib ət yumşalanadək vam odda bişirin. Ocaqdan götürməyə yaxın badamı və iri doğranmış cəfərini əlavə edin. Düyü və ya başqa qarnirlə süfrəyə verə bilərsiniz.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 82
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN