SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Kivi çizkeyki resepti

whatsappda paylaş Whatsapp-la göndər
Kivi çizkeyki resepti
Tərkibi: 200 q peçenye 100 q kərə yağı ağ krem: 400 q kərə yağı (yaxud iki dəfə ələkdən keçirilmiş kəsmik) 350 ml 33%-li qaymaq 150 q şəkər pudrası 1 iri paket vanilli şəkər tozu 1 limonun şirəsi 10 q jelatin kivi qatı: 1 kq kivi 200 q şəkər pudrası 20 q jelatin Hazırlanması: Peçenyeni xırdalayın. Əridilmiş kərə yağı qatıb qarışdırın. 24 sm diametrli formanın içinə perqament qoyun. Peçenye qatını dibinə döşəyin. Qaymağı vanil və şəkər tozuyla krem halına gələnədək çalın. Jelatini qablaşdırmasında göstərilən qaydada hazırlayın. Qaymaqlı pendir və ya kəsmiyə limon şirəsi, şişmiş jelatini qatıb qarışdırın. Çalınmış qaymağı da əlavə edin. Kremin bir hissəsini bəzək üçün ayırıb qalanını peçenye korjunun üzərinə çəkin. Ortaboy kasa götürüb bayır hissəsinə qida plyonkası çəkin, qaymaqlı kremin üzərindən, düz ortadan yerləşdirin (beləcə kivi layı üçün yer hazırlamış olursunuz). 2 saat soyuducuda saxlayın. Bu müddətdən sonra kasanı götürüb qida plyonkasını səliqəylə çıxarın. Kivini təmizləyib blenderdə püre halına salın. Şəkər tozu qatıb vam odda bişirin. Şəkər tozu əriyəndə suda şişmiş jelatini qatıb qarışdırın. Kivini bişirməmək də olar. Bunun üçün çizkeyki hazırlamazdan bir neçə saat öncə kivini blenderdən keçirib şəkər tozu ilə qatıb aradabir qarışdırın. Bişirdikdə isə rənginin itməməsi üçün yaşıl rəng qatmaq olar. Kivi kütləsi bir qədər soyuduqdan sonra onu qaymaqlı kremin üzərinə çəkib hamarlayın. Sonra yenə bir neçə saat soyuducuda saxlayın.
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Qidalanma
Baxış sayı: 434
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN