SORĞU
Saytımızda onlayn mağaza olmasını istərdinizmi?
Bəli
       
Xeyr

Təzyiqi aşağı salan 10 bitki

whatsappda paylaş Whatsapp-la göndər
Təzyiqi aşağı salan 10 bitki
Statistikaya əsasən dünyada 40 yaşdan yuxarı praktik olaraq 50% insan yüksək təzyiqdən əziyyət çəkir. Yüksək arterial təzyiq orqanizm üçün çox ziyanlıdır. Bu ürəyin, damarların, böyrəklərin, gözlərin sağlamlığına böyük ziyan vurur, infarkt, insult, böyrək çatışmamazlığı, korluq kimi ağır pozulmalara səbəb olur. Arterial təzyiqi mütləq normada saxlamaq lazımdır. Bunun üçün xüsusi preparatlar mövcuddur. Belə preparatları xəstəyə həkim təyin etməlidir. Bəzi bitkilər də təzyiqi aşağı salmağa kömək edə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu bitkiləri yalnız köməkçi vasitə kimi (əsas müalicə ilə paralel olaraq) istifadə etmək olar. Təzyiqi salmağa kömək edən bitkilər bunlardır: - Nanə - Yemişan - Pişikotu - İtburnu - Qaragilə (meyvəsi və yarpaqları) - Qarağat yarpaqları - Melissa - Şüyüd - Zirinc (yarpaqları və meyvəsi) - Mayaotu toxumu Bitkiləri dəmləmə şəklində qəbul edirlər (1 x.q. quru ot 200 ml qaynar su). Bir neçə bitkini birlikdə də istifadə etmək olar (məsələn, 1 ç.q. nanə 1 ç.q. pişikotu 200 ml su və s.).
whatsappda paylaş Whatsapp-la göndər
Kateqoriya: Sağlamlıq
Baxış sayı: 282
  • Haqqımızda

    Korpem.net saytı 22 avqust 2012-ci ildə yaradılmışdır.
    Saytı yaratmaqda məqsəd analara yardımcı olmaqdır.
    Saytımızda yer alan məqalələr ananın hamilə dövrundən - körpənin böyüyüb məktəbəqədər dövrünü əhatə edir.
    Layihənin rəhbəri: Cabarov Beyrək
    Redaktor: Əhmədov Nurlan

    ƏLAQƏ

    E-mail: [email protected]

  • BİZİ FACEBOOKDA İZLƏYİN